“Qarabağ” atəş açır, “Kəpəz” susur: Premyer Liqada zərbə statistikası
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının altı turundan sonra oyunlar ərzində qapıya ən çox zərbə vuran komandalar müəyyənləşib. Sport24.az-ın məlumatına görə, bu göstəricidə ilk "üçlük"də çempionluğa iddialı kollektivlər yer alıb.
"Qarabağ" hər oyunda orta hesabla 18 zərbə ilə siyahıya başçılıq edir.
"Neftçi"də bu göstərici 16, "Sabah"da isə 15,2-dir.
Maraqlıdır ki, "Sabah" və "Qarabağ" bu rəqəmlərə beş oyundan sonra çatıb. Hər iki komandanın bir qarşılaşması təxirə salınıb.
Sonuncu pillədə isə "Kəpəz" qərarlaşıb. Gəncə təmsilçisinin oyun başına qapıya zərbə ortalaması 7,4-dür.
Misli Premyer Liqasında qapıya zərbələrə görə klubların ortalama statistikası:
1. "Qarabağ" – 18 (5 oyuna)
2. "Neftçi" – 16
3. "Sabah" – 15,2 (5 oyuna)
4. "Turan Tovuz" – 13,7
5. "İmişli" – 12,3
6. "Araz-Naxçıvan" – 10,8
7. "Şamaxı" – 10,7
8. "Qəbələ" – 10,5
9. "Sumqayıt" – 9,8 (5 oyuna)
10. "Zirə" – 9,7
11. "Kəpəz" – 7,4 (5 oyuna)
Qeyd edək ki, geridə qlan 6 turdan sonra "Neftçi" 15 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Eyni xala malik "Sabah" (bir oyunu az keçirib) ikinci, bir oyun az keçirən "Qarabağ" isə 13 xalla ilk "üçlüy"ü tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















