Icma.az
close
up
RU
Qarabağ atları Səməd Vəkilov yazır

Qarabağ atları Səməd Vəkilov yazır

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Qarabağ atlarının tarixi qədimdə Azərbaycan ərazisində təşşəkül tapmış (eramızdan əvvəl birinci min illiyi əhatə edən) Manna, Midiya, Atropatena və Albaniya dövründə onlardan müxtəlif məqsədlər üçün istifadə edildiyini əks elətdirən mənbələr mövcudur. Tarixçi Heredotun əsərlərində Midiya ərazisində atalrın yetişdirilməsi ilə bağlı fikirlər yer almaqdadır.

Azərbaycan Respublikasına məxsus milli at cinsi olan Qarbağ atları öz adını Azərbaycan ərazisinidə Kür və Araz çayları arasında yerləşən qədim Azərbaycan ərazisi olan Qarabağdan götürmüşdür. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Növünə görə dağ-minik at cinsidir. Qarabağ at cinsi Qarabağın əsararəngiz gözəlliyi və təmiz havası suyu ilə yetişdiyi üçün dünya at cinsləri içərisində xüsusi yer tutur. Qarabağ atları ilə bağlı tarixçilər tərəfindən çoxlu tətdiqatlar aparılmışdır. Tarixçilərin qənaətinə görə eramızdan əvvəl I minillikdə Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya, Atropatena dövrlərində atlardan geniş istifadə edilmişdir. Xüsusilə Midiya dövründə atçılıq daha geniş inkişaf etmişdir. Tarixçi Heredotun məlumatına görə Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənubi qərbində) atçılıq geniş yayılmışdır. Tədqiqatçılar hesab edir ki, Qarabağ at cinsi öz kökünü qədim Nesey ( bəzi tədqiqatçılar Nisey adlandırılar) atlarından götürmüşdür. Müəyyən tarixi zaman keçdikdən və təkmilləşmədən sonra Nesey atları iki qola ayrılmışdır. Birinici qol türkmən (axaltekə) qolu, ikinci qol isə Azərbaycan Qarabağ atlarına ayrılmışdır. Tarixi mənbələrdə Ərəb xilafəti və Əmir Teymur dönəmində on minlərlə Qarabağ atlarının Azərbaycan ərazisindən aparılması faktı da öz əksini tapmışdır. Bu isə hələ qədim dönəmlərdən Azərbaycan atları və o cümlədən Qarabağ və Dilboz atlarının nə dərəcədə mükəmməl at cinsləri olduğunu subuta yetirir.

Qarabağ atlarının ümumi və xarakterik xüsusiyyətləri

Tipik dağ-minik atıdır. Qurluşu sıx və quru, başı balaca, gözəl və quru. Alnı bir qədər qabarıqdır. Bədən qurluşu müntənasib olmaqla konstruksiyası quru və möhkəm, temparamentli canlı və oynaqdır, təlimə həssasdır. Gözləri iri və mənalı, qulaqları orta ölçüdə və hərəkətlidir. Boyunu dik və düzgün qurluşlu, döşü dərin və enli, beli düz, ayaqları quru, orta ölçüdədədir. Dirnaqları incə lakin möhkəmdir. Dərisi incə, tükü nazikdir. Cilov hündürlüyü 145-155 santimetrdir. XIX əsrdə Azərbaycana gələn atcılıq mütəxəsisi alman mənşəli İrmer Qarbağ atlarından böyük heyranlıqla bəhs edərək qarbağ atlarının rəngi barədə yazır: “Kürən, kəhər, limon sarısı, qızılı və gümüşü parıltıya (atlas parıltısı) nadir hallarda ağ olurdu. Bununla belə, ən gözəl açıq limon sarısı, qızılı parıltısı ilə “Narıncı” adı ilə tanınır. Çox zaman “Narıncı” ilə qızılı parıltısını səhv salırlar. İppoloq Hutten Çapski 1876-cı ildə nəşr olunmuş “Die Geschichte des Pferdes” (“Atın tarixi”) kitabında yazırdı: “Köhlən adlanan təmizqanlı Qarbağ atlarının xüsusiyyəti onun rəngidir. Yerli əhali onları narıncı adlandırır və heç bir dildə bu sözə rast gəlinmir.Bu rəng “İzabella” rənginə çox yaxındır. Köhnə mənbələrdə Qarabağ atlarının rəngi aşağıdakı şəkildə izah olunurdu:

Sarı-kürən,

Sarı-kəhər,

Sarı-qara-kürən,

Sarı-açıq.

Narıncı rəngli köhlənlər şimali İran xanlıqlarında və müsəlman əyalətlərində qızılı “Sarılar”ın yazılmasına səbəb olmuşdur. Qızılı atlar mütəxəxsislər və yerili əhali tərəfindən aşağıdakı rənglərə bölünürdülər.

Qalın sarılar-tünd qızılı Sarılar-birinci növ cinsli, Sarılar cinsi var-qızılı, cinsi Cinsi sarılar - əsl cinsi qızılı və köhlən sarılar - təmizqanlı qızlı. Ən sadə tündlərə “qalın” yük tipli atlara isə “yabı” deyilirdi.

Qarabağ atları ilə bağlı “Qarbağ atları tarix və incəsənətdə” əsərində müxtəlif aspektlərdən dərin tədqiqat aparan heykəltaraş Faiq Hacıyevin bu mövzuda maraqlı fikirlərinə rast gəlirik. F.Hacıyev: “Azərbaycanın paytaxtı Bakıdırsa ruhumuzun paytaxtı Şuşadır” söyləməklə Qarbağ atlarına olan mənəvi marağını bildirir. Həmçinin atçılıq və atüstü oyunların tədiqatına nəzər yetirsək “Azərbaycan atçaparları və atüstü milli oyunlar” kitabının müəllifi Fikrət Hüseynovun da adını çəkmək yerinə düşərdi. Qeyd edək ki, hər iki müəllifin əsərlərindən Çovqan və Qarabağ atları bölməsində istifadə edilmişdir.

Qarbağ atlarının damğaları

Atların arxa sol buduna vurulan damğalaratların kimə məxsus olmasını bildirirdi. Mehdiqulu xanın damğası onun “Mehdi” adının rəsmidir və onun ölümündən sonra da arvadları tərəfindən dəyişmədən qalmışdır. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu xanın damğasi “Cəfər” adının təsviridir.

seeBaxış sayı:342
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri