Icma.az
close
up
RU
“O kitablar dilimizə tərcümə olunmasa, dilimizi qoruya bilməyəcəyik”

“O kitablar dilimizə tərcümə olunmasa, dilimizi qoruya bilməyəcəyik”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heç bir qaşqabaqlı fikir, ağsaqqal öyüd dilimizi qoruya bilməyəcək.

“Hər dəfə ölkədə dilimizi qoruyaq yarışı başlayanda dilimiz bir az da İnflyasiyaya uğrayır. Dil və İnflyasiya! Bu hardan çıxdı dediyinizi eşitdim. İqtisadiyyatda inflyasiya anlayışı keyfiyətin artmaması fonunda qiymətlərin artmasıdır. Bu zaman pul dəyər itirir və yığına çevrilir. Üç manata aldığın şeyi üç yüz min manata alırsan”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, biz də hər dəfə dilimizi qoruyaq yarışına girəndə dilimizdə heç bir keyfiyyət dəyişikliyi baş vermir, sadəcə, danışanların sayı artır və nəhayət, dilimiz daha çox söz yığınına çevrilir:

“Üç kəlmə ilə deməli olduğumuz mətləbi yarışı udmaq üçün üç yüz kəlmə ilə deyirik. O vaxt Derrida da öz ölkəsində deyirdi ki, dil haqqında danışmağın dəbə minməsi, avamlığı gizlətmək üçün əla fürsətə çevrilib. Dili belə qorumurlar. Dili qoruyan o dildə yazılan, oxunan, müzakirə olunan mövzu və anlayışların dərinliyidir. Yəni keyfiyyətin yüksəldilməsidir. 

İndi biz nə edəcəyik sizə deyim. İki cüt, bir tək xalq yazıçısı filan çıxıb deyəcək ki, market yox, dükan deyək, yaxud Xoşqədəm "tələffüz" sözündə f hərfinin birini düzgün tələffüz etmir. İki məmurun "arpasını" bölməkdən başqa işi-gücü olmayan mediamız da bunu tirajlayacaq. Vəssalam! Bu da olacaq dilimizi qorumaq! Qardaşlar, son otuz ilin 100 kitab siyahısı var əlimizdə. O kitablar dilimizə tərcümə olunmasa, heç bir qaşqabaqlı fikir, ağsaqqal öyüd dilimizi qoruya bilməyəcək. Bu dil məişət səviyyəsindən çıxıb dövlət dili ola bilməyəcək”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri