Icma.az
close
up
RU
“Qarabağ” azarkeşləri tribunada, avrokubok fanatları hardadır? ARAŞDIRMA İdman və Biz

“Qarabağ” azarkeşləri tribunada, avrokubok fanatları hardadır? ARAŞDIRMA İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Liqasının “Qarabağ” – FCSB oyunu antirekordla əlamətdar olub.

İdman.biz xəbər verir ki, 2024/25 mövsümündə ilk dəfə Ağdam klubunun avrokubok görüşündə Tofiq Bəhramov adına Respublika stadionunun heç 2/3-də dolmayıb.

Yarımboş görünən tribunalarda 16 min 583 seyrçi qeydə alınıb. Bu, stadionunun tutumunun təxminən yarısından bir az çoxdur.

Cari mövsüm Avropada 7-ci ev görüşünə çıxan “Qarabağ” əvvəlki görüşlərdə belə halla üzləşməyib. Amma Qurban Qurbanovun yetirmələrinin məhz belə finişin gözlədiyini öncədən proqnozlaşdırmaq olardı.

Bunun üçün əvvəlki görüşlərin də tamaşaçı sayını nəzərdən keçirmək yetər. “Linkoln” üzərində qələbədən sonra tribunada böyük artım yaşanıb. “Lüdoqorets”ə Bakıda uduzan Ağdam klubu səfərdə mərhələ keçdiyi üçün bu artım növbəti raundda da müşahidə olunub.

Azərbaycan klubları üçün mövsümün rekordu olan göstərici Çempionlar Liqasının pley-offunda qeydə alınıb. Bundan sonra hər məğlubiyyət tamaşaçı sayının enişi ilə müşayiət olunub.

“Qarabağ” uduzduqca, azarkeşlər azalır. 29 min 800-dən sonra bu rəqəm 16 min 583 nəfərə qədər düşüb.

Amma bu o demək deyil ki, “Qarabağ”ın azarkeşləri azalır. Ağdam klubunun əsl fanatları ötən həftə “Şamaxı”ya qarşı eyni arenaya toplaşanlardır. Onlar həm daxili, həm beynəlxalq oyunlarda komandalarının yanındadır. Yeri gəlmişkən, son çempionat görüşündə tamaşaçı sayı 1010-a bərabər olub.

Azalan isə ümumilikdə ölkə futboluna azarkeşlik edən, avrokubok həyəcanını izləməyə gedənlərdir. Onları da komandanın kimliyi – “Qarabağ”, “Şamaxı” və ya “Səbail” olması deyil, nəticə maraqlandırır. Məğlubiyyətlər isə onları stadiondan uzaq salır.

“Qarabağ”ın əsl fanatları isə qarda da, yağışda da, günəş altında da, "Sportinq"ə, “Çelsi”yə, lap elə “Vorskla” və ya BATE-yə uduzanda da komanda ilədirlər. “Qarabağ” azarkeşləri iki gündən sonra yenə “Tofiq”də olacaqlar, “Turan Tovuz”la görüşdə komandalarını dəstəkləyəcəklər. Qələbədən asılı olan avrokubok fanatları isə növbəti mövsümü gözləməyə başlayıblar.

“Qarabağ”ın cari mövsümdəki avrokubok oyunlarında tamaşaçı sayı:
“Qarabağ” – “Linkoln” – 5:0 (23700)
“Qarabağ” – “Lüdoqorets” – 1:2 (29300)
“Qarabağ” – “Dinamo” – 0:2 (29800)
“Qarabağ” - “Malmö” – 1:2 (28234)
“Qarabağ” – “Ayaks” – 0:3 (27520)
“Qarabağ” – “Lion” – 1:4 (22563)
“Qarabağ” – FCSB – 2:3 (16583)

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri