Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

“Qarabağ” rahatlıqla Fransa çempionatında oynaya bilər” Mateuş Koxalski İdmanXəbər

“Qarabağ” rahatlıqla Fransa çempionatında oynaya bilər” Mateuş Koxalski İdmanXəbər

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski keçmiş klubu “Stal”ın (Melets) mətbuat xidmətinə geniş açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Çempionlar Liqasındakı çıxışı, Polşa millisinə çağırılması, Azərbaycana adaptasiya və gələcək planlarından danışıb.

Koxalski deyib ki, son bir ildə böyük təcrübə qazanıb, lakin bütün oyunlarından tam razı qaldığını söyləyə bilməz:

“Bütün matçlarımdan tam razı qaldığımı deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. Meletsdə yaşadığım çox an var ki, onlar həmişə yaddaşımda qalacaq.”

Polşa millisinə dəvəti ailəsinin böyük sevinc və qürur hissi ilə qarşıladığını deyən qapıçı açıqlamasında belə davam edib:

“Atam karyeramla bağlı hər şeyə həmişə çox həyəcanlanır. O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi. Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Komandaya uyğunlaşmağım üçün çalışdılar. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda.”

Qolkiper “Qarabağ”a keçidi zamanı Azərbaycana dair heç bir real təsəvvürünün olmadığını açıqlayıb:

“Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox “TOP-5” liqalarını və böyük Avropa klublarını düşünür. Buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.”

Azərbaycanla Polşa arasındakı fərqlər barədə danışan Koxalski ölkəmizi belə təsvir edib:

“Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandır. Burada kimisə narahat edə biləcək heç nə yoxdur. Sevgilim daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.”

Təcrübəli oyunçu “Qarabağ”ın məşq prosesindən də danışıb:

“Polşada olduğum bütün klublardan çox fərqlidir. “Qarabağ”da daha çox məşq olur. Klubda 7–8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqə qədər yüngül yuxu. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.”

Çempionlar Liqasındakı performans barədə danışan Koxalski “Qarabağ”ın ən rahat Fransada oynaya biləcəyini düşünür:

“Fransa liqasında. Orada bir neçə komanda güclüdür, amma qalanları bizə yaxındır. Azərbaycan azarkeşlər Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir — amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.”

Azərbaycanda nəyin çatmadığı barədə suala isə qapıçı belə cavab verib:

“Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.”

Son olaraq Avropa klublarının onunla maraqlandığı haqda yayılan məlumatlara münasibət bildirib:

“Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda ‘Stal’dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri