Icma.az
close
up
RU
“Qarabağ bitdi, Bakıya qayıdırsız?” sualına Kasparovdan ağrı içində CAVAB

“Qarabağ bitdi, Bakıya qayıdırsız?” sualına Kasparovdan ağrı içində CAVAB

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Artıq Qarabağda qan axmamasını alqışlayıram. Lakin bütün bunlar mənim üçün asan deyil, çünki anamın kökü Qarabağdan gəlir. Nənəm Hadrutdandır. Mənim üçün bütün bunlar ağrılıdır, bilmirəm onlara (erməniləri nəzərdə tuitur – red.) güzəşt olunacaqmı, bir az da olsa, muxtariyyət veriləcəkmi? Bütövlükdə artıq Qarabağ yoxdur. Artıq ermənilərin olan o torpaq yoxdur. Bu psixoloji və emosional yanaşmamdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu bir vaxtlar bakılı kimi tanınan şühmat üzrə dünya çempionu olmuş erməni Harri Kasparov məşhur jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.

“İndi isə qlobal yanaşmama gələk, ümid edirəm ki, Cənubi Qafqazdakı bu qanayan yara nəhayət ki, sağalacaq. Burda həm də 1915-ci ildəki “erməni soyqırımı” məsələsi var. Aydındır ki, Paşinyan bundan da imtina etməlidir, çünki orada Türkiyə amili var. Amma tarix tarixdir, bügünkü, sabahkı həyat başqadır. Ümumilikdə Allaha şükür olsun ki, Rusiyanı oradan tamamilə çıxarıblar”, – o bildirib.

Kasparov qeyd edib ki, əsas, başlıca təxribatçı Rusiya idi və bütün bu hadisələrə səbəb olan Rusiya artıq orda olmayacaq:

“Ümid edirəm ki, bu vəziyyətdə Ermənistan öz simasını qoruyacaq, çünki Qarabağdakı erməni kəndləri var, tarix var. Amma təbii ki, bu, irəliyə doğru addımdır, çünki biz inkişaf edən region əldə edirik, orda məşğulluq, iş imkanları var. Azərbaycanlıların öz bacarıqları, ermənilərin öz bacarıqları var və bunlardan nəsə etmək olar. Mənim anam ermənidir, yəhudi ilə evlənib, xalalarımdan biri erməni, digəri azərbaycanlı ilə evlidir. Ailəmiz rusdilli olsa da, hər kəsi özündə birləşdirir, biz bakılı olmuşuq. Ümid edirəm ki, bu böyük addım bir çox ölkələr üçün də nümunə olacaq, anlayacaqlar ki, harda Rusiyanın təsiri azdırsa, ən əbədi düşmənlər, aralarına qan girmiş olanlar belə kompromis tapa bilər”.

Qordonun “Heydər Əliyev sizi çox sevirdi və dəstəkləyirdi, İlham Əliyev də sizə hər zaman isti münasibət bəsləyib. Ehtimal verirsinizmi ki, indi yox, 5 və ya 10 ildən sonra doğulub böyüdüyünüz Bakı şəhərinə qayıdasınız” sualına Kasparov belə cavab verib:

“İlham Əliyev barədə heç nə deyə bilmərəm, çünki onunla yolum kəsişməyib, amma mən Heydər Əliyevə çox minnətdaram. Bu barədə daim yazmışam. Təbii ki, onun dəstəyi olmasaydı, bacarmazdım (“dünya çempionu ola bilməzdim” demək istəyir – red.). Yalnız Heydər Əliyev öz nüfuzu, gücü ilə bütün bu KQB maşınına, Karpovu zirvədə saxlamaq istəyən partiya maşınına qalib gələ bildi. Birinci mərhələdə, sadəcə olaraq, hər cür yolla məni çıxarmağa çalışanda, o cümlədən 1983-cü ildə diskvalifikasiya olunarkən, məni müdafiə edən Əliyev oldu. Karpov çox narahat olmasın deyə, məni yarışdan çıxardılar. Bütün bunlar Boris Stukalinin başının altından çıxırdı, o, Sov İKP MK-nın ideologiya şöbəsinin müdiri idi. Sonra Əliyevdən xahiş etdim. Və belə bir əfsanə dolaşır ki, Əliyev Stukalinlə görüşüb deyib ki, Boris İvanoviç, siz diqqətli olun, həmyerlimi incitməyin. Və deyirlər ki, Stukalin üçün 1983-cü ilin iyul-avqust aylarında Andropovun sevimlilərindən olan KQB generalı Əliyevlə qarşı-qarşıya gəlmək yaxşı olmazdı. Bunu xatırlayıram və həmişə bu barədə yazıram. Ümumi tanışlar vasitəsilə Əliyev məni Bakıya çağırmışdı. Ora Rostropoviç də gəlmişdi. O da bakılı idi, bizim yaxşı komandamız var idi – Landau, Rostropoviç və mən, Landau da bakılıdır. Mən onda dedim ki, Bakıya gəlmək mənə xoş olar, amma öz vəziyyətimdən sui-istifadə etmək istəmirəm, haçan ki erməni soyadını daşıyan istənilən şəxs Bakıya gələ biləcək, o zaman məmnuniyyətlə. İndi isə vəziyyət yaxşı tərəfə dəyişir. Təbbi ki, mənim ora getmək istəyim var, amma mənim üçün vətən insanlardır. Çox istəyirəm ki, uşaqlarım və arvadım oranı görsün. Artıq o yaşdayam ki, istəsən də, istəməsən də, nostalji ürəyimi sıxır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri