“Qarabağ” Çempionlar Liqasının oyunu ilə bağlı azarkeşlərə müraciət edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasında qarşı keçiriləcək II tur oyunundan öncə azarkeşlərinə müraciət edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçı izləmək üçün fanatların arenaya erkən gəlməsi ilə bağlı çağırış edilib.
Bildirilib ki, bu, onların stadiona rahat daxil olmağına, sıxlıqdan yayınmağına və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmağına imkan verəcək.
Həmçinin stadionun qapılarının qarşılaşmaya 2 saat qalmış açılacağı, oyun başlayandan 20 dəqiqə sonra arenaya girişin məhdudlaşdırılacağı vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 30 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















