“Qarabağ” da Liqa mərhələsinə düşsə… 10 illik tilsim qırılacaq
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan 10 illik fasilədən sonra futbol üzrə Avropa kubokları yarışlarının əsas mərhələsində iki komanda ilə təmsil oluna bilər.
QOL.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşəcəyi halda baş verəcək.
Məlum olduğu kimi, Ağdam təmsilçisi “pley-off”un ilk matçında səfərdə “Tvente”yə (Niderland) qalib gələrək (1:0) mərhələ keçmək üçün yaxşı imkan əldə edib. Sabah Bakıda keçiriləcək cavab matçında Qurban Qurbanovun komandasını heç-heçə də qane edəcək.
Xatırladaq ki, 2026/27 mövsümü üçün “Sabah” artıq Çempionlar Liqasının Liqa mərhələsini təmin edib.
Azərbaycan son olaraq Avropa kuboklarının əsas mərhələsində - qrup yarışında 2016/17 mövsümündə iki komanda ilə təmsil olunub. Həmin il (eləcə də ondan əvvəlki mövsümdə) “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















