Qarabağ daha çox qol vura bilərdi Lionun baş məşqçisi
“Qarabağ” ilk yarıda özünü yaxşı tərəfdən göstərdi.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, bunu “Lion”un baş Pyer Saj Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
“Birinci hissədə “Qarabağ” təhlükəli qol vəziyyətləri yaratdı. Rəqib ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq. Ümumi götürsək, hesabın oyuna görə olduğunu deyə bilməyəcəm”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” evdə “Lion”a 1:4 hesabı ilə məğlub olub.
![see](https://icma.az/template/assets/see.png)