Icma.az
close
up
RU
Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar

Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

"Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. O bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlıdır". 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Paşinyanın bu yanaşması böyük ehtimalla AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub: 

"Çünki, həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla bir qrup ermənipərəst konqresmen dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını gerçəkləşməsini tələb edirlər. Bu tələblər səslənərkən ermənilərin baş naziri qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki, Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu sülh danışıqları apardığı Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək. Bu isə Paşinyana lazım deyil. Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: “Ermənistan və Azərbaycan sadəcə olaraq bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər”. 

O deyib ki, Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də var: 

"Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar. 

Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki, onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar".

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri