“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Roman Salenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.
QOL.az xəbər verir ki, o, “Ukrainskiy futbol” nəşrinə müsahibəsində
Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib.
“Bilirdim ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Çelsi” ilə oynayıb və səhv etmirəmsə, 2:2 hesablı heç-heçə edib. Bu komanda çox keyfiyyətli futbol nümayiş etdirir. “Qarabağ” güclü və çətin rəqibdir. Amma biz bu mərhələni keçməliyik”, – deyə Salenko bildirib.
O, həmçinin Avropa Liqasında PAOK-a məğlub olaraq mübarizəni dayandırmalarına da münasibət bildirib:
“Əlbəttə, səhvlərimiz oldu. Başımızı dik tutmalı, işləməyə davam etməli və irəli baxmalıyıq. Qarşıda Konfrans Liqasının oyunları var. Meydanda növbəti mərhələyə layiq olduğumuzu sübut etməliyik”.
Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da, cavab görüşü isə avqustun 13-də keçiriləcək.
Baxış sayı:73
Bu xəbər 03 Avqust 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















