Qarabağ ın Olimpiakos la oyundan öncə əhval ruhiyyəni yaxşılaşdırmaq ehtimalı yoxdur Rusiya mətbuatı
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya mətbuatı Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FKSB klubu ilə Bakıda keçirilən oyunda (2:3) “Qarabağ”ının məğlubiyyətini şərh edib.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, rusiyalı həmkarlarımız Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fikirləri barədə də yazıb:
"Hələ ki pik formamızda deyilik. Bizim bəzi problemlərimiz var, amma hansı komanda ilə oynadığımızı bilirik”deyə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində bildirmişdi. Azərbaycan çempionu sürətli qolla hesabı açsa da, eyni sürətlə rumınlara künc zərbəsindən hesabı bərabərləşdirməyə imkan verdi. Bir neçə dəqiqə sonra Kevin Medina qapıçını sığortalamasaydı, işlər daha pis ola bilərdi. "Qarabağ" fasiləyə öndə yollanmaq şansına sahib idi. Elvin Cəfərquliyevin ənənəvi fəaliyyəti, hücumu dayandırmağa çalışan Davanın avtoqolu ilə nəticələndi. Yalnız hakimin əlavə etdiyi vaxtın dördüncü dəqiqəsində FKSB yenidən bərabərliyə nail ola bildi. “Qarabağ”ın qapıçısının çıxışda səhvi ucbatından komanda sonda məğlub oldu. FKSB-nin üzvü Şut burnu sınması bahasına topu dirəyin altından vurdu-2:3. Rumınlar turniri ilk səkkizlikdi başa vura bilər. Artıq pley-offa yüksəlmək şanslarını itirmiş “Qarabağ”ın Konfrans Liqasının qalibi olmuş “Olimpiakos”la oyundan öncə əhval-ruhiyyəni yaxşılaşdırmaq ehtimalı yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















