Qarabağ ın rəqibi Laporteni aldı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Atletik" yeni transfer edib.
QOL.az İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao təmsilçisi "Əl-Nəsr"dən (Səudiyyə Ərəbistanı) Eymerik Laporte ilə anlaşıb.
İspaniyalı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 qol vurub.
Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbaoda keçiriləcək.
Baxış sayı:41
Bu xəbər 12 Sentyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















