Icma.az
close
up
RU
Qarabağ iqtisadiyyatının onurğası: FÜZULİ

Qarabağ iqtisadiyyatının onurğası: FÜZULİ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağ işğalda olduğu müddətdə Azərbaycan iqtisadiyyatından əhəmiyyətli pay da işğal edilmiş sayılırdı. Çünki Qarabağın təbii ehtiyatlarla zəngin torpağı ölkəmizin iqtisadi gəlirlərində əhəmiyyətli paya malik idi. Belə ki, Dağlıq Qarabağda 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı var. Bundan əlavə Qarabağ nadir bitki örtüyü ilə də dünyada məşhur olan bir ərazi olub.

Ən qədim yaşayış məskəni

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli rayonu 29 il ara ilə iki dəfə işğaldan azad edilib. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edildikdən sonra 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunub. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdən ən çox itkin və şəhid verən rayondur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun əsası 1930-cu ildə qoyulub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycanın arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu sübut etdi.

Vandallar tarixi silməyə çalışıblar

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib.

Füzuli rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində rayonun sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib. 27 il davam edən işğal rayona təxminən 7 milyard ABŞ dolları civarında maddi zərər vurub.

Füzuli rayonu bölgə iqtisadiyyatının onurğasıdır

Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı təşkil edir. Rayonda mühüm ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Onların arasında Füzuli rayonu iqtisadi potensialına görə seçilən rayonlardan biridir.

Füzuli ötən əsrin 80-ci illərində pambıq, daha sonra üzüm və taxıl istehsalına görə respublikada aparıcı rayonlardan biri olub. 150 min əhalisi olan Füzulinin torpaqları əsasən məhsuldar torpaqlar hesab olunduğuna görə kənd təsərrüfatının inkişafı imkanları kifayət qədər böyükdür. Burada təkcə əkinçilik deyil, eyni zamanda heyvandarlığın inkişafı imkanları da var. Füzuli rayonu və eləcə də Füzuli şəhərinin işğaldan azad edilməsi imkan verəcək ki, qısa zamanda rayonun iqtisadiyyatı bərpa edilsin və respublika iqtisadiyyatına xüsusi töhfə verəcək rayon olsun.

Rayonda bir sıra təbii ehtiyatlar, o cümlədən inşaat materiallarının istehsalı üçün xammal bazası da mövcuddur. Bu da imkan verəcək ki, bölgədə sənayenin formalaşması, sənaye müəssisələrinin yaradılmasını daha rahat həyata keçirmək mümkün olsun. Füzuli rayonu turizm potensialına da malikdir. Xüsusən Dağlıq Qarabağa yaxın olan kəndlərinin təbiəti imkan verir ki, daxili turizm üçün yeni imkanlar yaransın.

Naxçıvan kooridorinu birləşdirəcək dəmiryolu Füzuli rayonundan keçəcək. Nəticədə işğaldan azad olunmuş ərazilərimizin nəqliyyat HAB-ı olaraq bu imkanlardan iqtisadi baxımdan daha çox faydalanmasına imkan verəcək. Bu da orada istehsal olunan məhsulların digər rayonların bazarına çıxarılması baxımdan çox vacibdir. Bütövlükdə Füzuli rayonu öz potensialı ilə qısa zamanda respiblikanın iqtisadi baxımdan inkişaf etmiş aparıcı rayonların birinə çevrilmək imkanlarına malikdir.

Heyvandarlıq və əkinçilik üçün münbit şərait

Rayonun mövcud torpaq örtüyündə əsasən boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi torpaq tipləri yayılıb. Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Rayonun ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçay çayları ilə suvarılır. Suqovuşan, Xudafərin və Sərsəng su anbarlarının Füzulinin əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi nəticəsində rayonun kənd təsərrüfatının inkişafına çox yüksək töhfə verməsi gözlənilir.

Füzuli rayonunda 25.5 min ha. örüş-otlaq və biçənək sahəsi var və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri olduqca qədimdir. Rayonda heyvandarlıq sektoru ilə bağlı aqrar potensial yüksək olub. Rayonun örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 1,1 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm bir illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Füzuli rayonunda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan taxılçılıq, pambıqçılıq, şəkər çuğunduru, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları geniş sahələri əhatə edirdi. Heyvandarlıq sahəsində isə baramaçılıq xüsusilə fərqlənirdi.

27 illik işğaldan azad edildikdən sonra Füzuli rayonda geniş quruculuq işləri aparılır, yeni məktəblər, xəstəxanalar, binalar tikilir, iqtisadi imkanlar genişləndirilir. Rayona vurulan maddi və mənəvi zərər nəhəngdir, lakin əminik ki dövlətimiz bu işin öhdəsindən gələcək və yaxın illərdə Füzuli rayonu yenidən öz iqtisadiyyatını, mədəniyyətini dirçəldəcək.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri