Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

“Qarabağ” Juninyonu onlardan biri ilə əvəzləyir: Stoyka, yoxsa Mraz?

“Qarabağ” Juninyonu onlardan biri ilə əvəzləyir: Stoyka, yoxsa Mraz?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanis Stoyka... “Qarabağ”ın Junonyo gedəndən sonra hücumçu mövqeyini kimlə gücləndirmək istədiyini araşdırarkən məhz bu ada rast gəldik. Bəlkə onu da tezliklə “köhlən atlar”ın heyətində görəcəyik və Reynaldo, Kadi Borges, Juninyo və başqaları kimi Stoyka da ən qısa zamanda azarkeşlərin sevimli ulduzuna çevriləcək.

Düzü, hələ bu haqda danışmaq üçün tezdi. Ona görə ki, ağdamlılar bu futbolçuyla rəsmi müqavilə imzalamaqdan çox uzaqdadı. Həll edilməsi vacib bir neçə məsələ var ki, xeyli vaxt aparacağı bəllidi. Yenə də bu gün üçün önəmli detallara toxunmağa dəyər.
Əvvəlcə Stoykayla tanış olaq. O, Rumıniyanın “Hermanştadt” komandasında top qovur. “Petrolul”un yetirməsi olan hücumçu daha sonra “Frayburq” (Almaniya), FKSB, “Kalarasi”, “Metalqlobus”, “Slatina” və ÇFR (hamısı Rumıniya) klublarının da formasını geyib. 22 yaşlı futbolçu Rumıniyanın U-21 millisinin üzvüdü. Məşhur statistika portalı “Transfermarkt”ın məlumatına görə, onun dəyəri 1,6 milyon avrodu. Yanisin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. “Hermanştadt” onu heyətinə qatmaq üçün ötən ilin fevralında FKSB-yə 1 milyon avro ödəməli olub. Performansına gəlincə, 2024/25 mövsümündə 20-si superliqa, 2-si ölkə kuboku olmaqla 22 matçda tər tökən Stoyka 4 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.
O, cari mövsüm ərzində ümumilikdə 1480 dəqiqə meydanda olub. Ən əsası, Yanis hücumun sağ və sol cinahlarıyla yanaşı, mərkəzdə də fəal çıxış etmək gücündədi. Yəni Qurban Qurbanov onu əbəs yerə bəyənməyib. Maraq üçün qeyd edək ki, Stoyka Rumıniyanın U-21 millisinin heyətində gənclər arasında Avropa çempionatında çıxış edib. O, yarışın yeni mövsümündə keçirdiyi 5 matçda 2 qola imza atıb.
Bu arada “Hermanştadt” futbolçunun satılmasının əleyhinə deyil. Sadəcə, Sibiu təmsilçisi oyunçusu üçün 1,5 milyon avro tələb edir. Stoykanın mövzuyla bağlı açıqlama verən meneceri də deyir ki, hücumçunun “Qarabağ”a keçidi mümkündü:

“Hazırda “Qarabağ”, Buxarest “Dinamo”su və Kiyev “Dinamo”su Stoykanın xidmətində maraqlıdı. Onun üçün tələb edilən məbləğ tam layiqlidi. Stoyka bunu haqq edir. Çünki o, çox yaxşı hücumçudu və yüksək bitiricilik qabiliyyətinə malikdi. Bilirəm ki, Rumıniyanın heç bir klubu onun üçün 1,5 milyon avro ödəməz. Ona görə də futbolçumun yalnız bir seçimi var - ölkəni tərk etmək. Hazırda təkliflər müzakirə olunur”.


“Hermanştadt”ın prezidenti Daniel Nikulae də Stoykanı satmaq niyyətində olduqlarını etiraf edib:

“Yanis çox yaxşı futbolçudu. Hazırda ona böyük maraq var. Klubumuza daxil olan təkliflər dəyərləndirilmə mərhələsindədi. Daha konkret və tutarlı müraciətlərə cavab vermək istəyirik. Məncə, Stoyka kifayət qədər baha hücumçudu. Rumıniyada istədiyimiz məbləği ödəyə biləcək klub yoxdu. Məncə, onun üçün ən düzgün seçim legioner həyatı yaşamaqdı”.


İndi “Qarabağ” yuxarıda adı çəkilən rəqiblərlə mübarizədə qalib gəlməyə və bu futbolçuyla güclənməyə çalışacaq. O başqa məsələ ki, “Transfermarkt” Yanisin ağdamlılara keçidində problemlər yarandığını iddia edir və transferin baş tutmaq ehtimalını 23 faizlə qiymətləndirir. Bəs “köhlən atlar” istəyinə çatmasa, necə olacaq? Belədə narahat olmağa dəyməz. Ona görə ki, ağdamlıların “radar”ında təkcə Stoyka yox, həm də Samuel Mraz var. Hətta “Futbolnews.pl” nəşri slovakiyalı futbolçuyla “Neftçi”nin də maraqlandığını tirajlayıb. Mraz “Senitsa”nın yetirməsidi. O, karyerası ərzində “Jilina”, “Slovan” (hər ikisi Slovakiya), “Empoli”, “Krotone”, “Spetsiya” (hamısı İtaliya), “Brondbü” (Danimarka), “Zaqlebiye” (Polşa), “Mirandes” (İspaniya), “Anortosis” (Cənubi Kipr) və “Volos”un (Yunanıstan) formasını geyib. Hazırda Polşa “Motor”unun şərəfini qoruyan 27 yaşlı hücumçu Slovakiya millisinin sabiq üzvüdü.
“Transfermarkt”a görə, oyunçunun qiyməti 700 min avrodu. Onun klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Cari mövsümdə komandasının heyətinə yüksək liqada 18 oyun keçirən futbolçu 9 qol, 3 məhsuldar ötürməylə yadda qalıb. O, bu matçlarda cəmi 1423 dəqiqə meydanda olub. “Motor” onu heyətinə qatmaq üçün ötən ilin fevralında “Volos”a 450 min avro ödəyib.
Beləliklə, “Qarabağ”ın bu iki hücumçudan azı biriylə güclənmək niyyətində olduğu bəllidi. Təbii ki, klubun vəd etdiyi perspektiv və gələcək şanslar baxımından Stoykaya üstünlük verəcəyi gözlənilir. Lakin bu transferin reallaşması asan olmayacaq. Həm futbolçuyla maraqlanan klublar, həm maddi məsələlər, həm də bacarlıq və gənc hücumçunun Azərbaycanın premyer-liqasını seçib-seçməməsi ciddi suallar doğurur. Yenə də “köhlən atlar” Stoykanı əldə etmək üçün əlindən gələni əsirgəməməli, qış “transfer pəncərəsi”nə damğa vuracaq keçidin reallaşması üçün makimum səy göstərməlidi. Mrazın isə hələ ki yalnız iki seçimi var: ya “Qarabağ”, ya da “Neftçi”. Görəsən, bu mübarizənin qalibi kim olacaq?
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri