Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Qarabağ” Juninyonun ayağını açdı

“Qarabağ” Juninyonun ayağını açdı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Köhlən atlar”ın özü isə geriyə sayır

“Qarabağ”dakı ilk mövsümü ilə müqayisədə son aylar məhsuldar oyun nümayiş etdirməyən Juninyonun “Sevilya” və “Flamenqo” kimi klubların maraq dairəsinə düşməsi hər nə qədər təəccüb doğursa da, futbolçunun Azərbaycandan gedişi reallaşıb və o, artıq Vətənində kubok da qazanıb. 
“Flamenqo”nun heyətində 3 oyun keçirən 28 yaşlı hücumçu hələ fərqlənə bilməsə də, komanda ilə Braziliya super kubokunun qalibi olub. Şübhəsiz, Juninyo ötən Avropa Liqasındakı çıxışı ilə diqqətləri cəlb edə bilib. “Qarabağ”ın Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldiyi matçda qələbə qolunun müəllifi olan braziliyalı sonra 1/8 finalın hər iki qarşılaşmasında məğlubedilməz “Bayer”in qapısına da yol tapmışdı (2:2, 2:3). Amma bu mövsüm o, Avropa Liqasının liqa mərhələsində yalnız “Malmö” (1:2) ilə oyunda fərqlənib və bu qol da təsəllidən başqa bir şey olmayıb.
Futbolçu CV-si deyir ki, “Qarabağ”dan əvvəl Avropada tanınmayan Juninyo Braziliyadakı ilk klubu “Atletiko Paranaense” onu hər mövsüm digər komandalara “icarə”yə verib, necə deyərlər, o heç cür öz oyununu tapa bilməyib. Nəhayət, Portuqaliyaya gəlib çıxıb. 2020/21 mövsümündə “Şaveş”in heyətində aşağı liqada 8 qol vurmaqla “Qarabağ”dan əvvəlki futbol həyatında ən məhsuldar göstəriciyə nail olub. Sonra klubla Primeyra Liqaya çıxaraq orada da “Sportinq” və “Braqa” kimi komandaları məyus edib, nəticədə, Azərbaycan çempionunun diqqətini cəlb edib.
“Qarabağ”a gəlməsi ilə ayağı açılıb – 2023/24 mövsümündə 20 qolla Azərbaycan çempionatının bombardiri olub. Ölkə kuboku və avrokubokları da nəzərə alsaq, ümumilikdə, rəqib qapılarından keçirdiyi 31 topla karyerasının ən uğurlu mövsümünə imza atıb.
Hazırkı mövsümə də “Linkoln” ilə matçlarda qollarla başlayıb, karyerasında ilk dəfə het-trik etsə də, Azərbaycan çempionatında qış fasiləsinədək 3 qol vurması əvvəlki formasından uzaq olmasının göstəricisidir. Düzdür, avrokuboklarda təsnifat mərhələləri də nəzərə alınmaqla daha 7 dəfə fərqlənib, amma ümumilikdə 10 qol belə böyük göstərici deyil.
Braziliyalı olmasına baxmayaraq, texnikada monteneqrolu Marko Veşoviç və ya Mərakeş əsilli fransalı Abdullah Zubir kimi oyunçulardan geri qalan, “Qarabağ”ın sürətli əks hücumları zamanı özünü dəryada balıq kimi hiss edən Juninyonun şöhrət qazandıqdan sonra yenidən qayıtdığı Braziliyada ümidləri necə doğrulda biləcəyini zaman göstərəcək.
Yaşı 30-a yaxınlaşan futbolçu “Flamenqo” ilə 2028-ci ilə kimi müqavilə bağlayıb. Bu komanda ötən mövsüm Braziliya çempionatında üçüncü yeri tutub, Libertadores kubokunda dörddəbir finalda büdrəsə də, “2022 Copa Libertadores”in qalibi kimi 2025-ci il klubların dünya çempionatına da vəsiqə qazanıb. Qrupdakı rəqibləri isə “Çelsi”, Meksika “Leon”u və Tunis “Esperans”ıdır. Juninyonun özünü göstərmək üçün yayda əla fürsəti olacaq. O, Braziliya millisində oynamayıb.  Yeniyetmələr və gənclər komandalarına düşə bilməyib, əsas yığmadan isə danışmağına dəyməz. Amma “Flamenqo”dakı yeni oyundaşı, millidə oyun sayı hələ sıfır olan müdafiəçi Leo Ortizin 29 yaşında ölkənin əsas komandasına çağırılması Juninyo üçün də ümidverici məqamdır.
“Qarabağ”a gəlincə, bundan əvvəl İbrahima Vadjini 1 milyon avroya “Sent-Etyenn”ə və Kadi Borgesi 2 milyon avroya “Krasnodar”a satmasını da xatırlamaqla, komandanın son illərdə transfer bazarında fəallaşmasını qeyd edə bilərik. “Transfermarkt”ın ötən ay açıqladığı göstəricilərdə dəyəri 2 milyon avro qiymətləndirilən Juninyonu 5 milyon avroya “Flamenqo”ya verilməsi isə Azərbaycan çempionunun meydandankənar qələbəsi deməkdir.
Bəs meydanda? “Qarabağ”ın ardıcıl son 4 oyunda – beynəlxalq arenada və ölkə çempionatında məğlub olması həm hücumda, həm də, ümumiyyətlə, komandada böhranın olması barədə düşünməyə əsas verir. Ötən mövsüm Avropa Liqasında dörddəbir finalın bir addımlığında olan “Qarabağ”ın bu dəfə liqa mərhələsində 3 xalla sonuncu – 36-cı yeri tutması Zəfər ünvanlı bölgənin komandasına yaraşarmı?.

Rasim Mövsümzadə,
idman icmalçısı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri