Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Qarabağ klanı” və Rusiya casusları birləşdi

“Qarabağ klanı” və Rusiya casusları birləşdi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyana qarşı təzyiqlərin artması müşahidə olunur. 

Son günlər təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlər zamanı Nikol Paşinyana qarşı bir neçə etiraz və hücum cəhdləri baş verib. Baş nazirə yönəlik əsas ittihamlar isə onun 44 günlük müharibədə ciddi itkilər verərək məğlub olması və Qarabağı itirməsi ilə bağlıdır. 

Lakin diqqəti çəkən mühüm məqam Paşinyana yönəlik təhdidlərin məhz əsasən 2023-cü ildə Qarabağdan könüllü köçərək Ermənistana getmiş ermənilər tərəfindən törədilməsi ilə bağlıdır. Onlar Paşinyanın xəyanətkar, satqın olduğunu və 5 min erməni hərbçini qurban verdiyini deyirlər. 

Bütün bu ittihamların qarşılığında isə Ermənistanın Baş naziri qışqıraraq onu tənqid edənlərdən müharibədə nə üçün döyüşmədiklərini, niyə ölmədiklərini, Qarabağı nəyə görə tərk etdiklərini soruşub. 

Maraqlıdır ki, Paşinyan bu suallara cavab ala bilməyib. Çünki Paşinyandan Qarabağı tələb edənlərin heç biri əslində, nə özləri, nə də oğullarının müharibəyə getməsini istəyir. 

Seçki kampaniyası çərçivəsində Baş nazirə qarşı təhdidlərin Qarabağ ləhcəsində danışan ermənilər tərəfindən edilməsi xüsusi diqqət çəkib. Paşinyan Qarabağ ləhcəsində danışan bu adamların kimlərinsə tərəfindən məqsədyönlü şəkildə onun üzərinə göndərildiyini deyib. 

Hətta Nikol Paşinyan əsəbiləşərək onlardan ləğv edilmiş qondarma rejimin keçmiş rəhbəri Şahramanyanın, Qarabağdakı “parlament”in deputatlarının müharibədə nə üçün döyüşüb ölmədiklərini soruşub. Sonra əsəbiləşən Paşinyan “Sizin hamınızı məhv edəcəm”-deyə cavab verib. 

Xatırladaq ki, mayın 18-də buna bənzər daha bir hadisə baş verib. Özünü “Artsax İnqilab Partiyası” adlandıran qurumun rəhbəri Artur Osipyan Paşinyanı təhqir edərək ona barmaq silkələyib və şillə ilə vurmaq istəyib. Hüquq-mühafizə orqanları Osipyanı saxlayıb və xuliqanlıq hərəkətlərinə görə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

“Qarabağ klanı” üzə çıxır
Bütün bu hadisələr son vaxtlar Qarabağdan olan erməniləri təşkilatlandırılaraq məqsədyönlü şəkildə kənar qüvvələr tərəfindən Paşinyanın üzərinə göndərildiyini göstərir. Yəni seçkilərdə Ermənistan hakimiyyəti əleyhinə “Qarabağ kartı”ndan istifadə edildiyini görmək olar. Ancaq bu təxribatın hansı siyasi mərkəzdən idarə olunduğunu müəyyən etmək çətin deyil. 

İlk növbədə seçki prosesinin Paşinyanın timsalında Qərbyönümlü qüvvələrlə Rusiyadan idarə olunan revanşist müxalifət arasında getdiyini nəzərə alsaq, baş verən hadisələrin əsas səbəbkarının Moskva olduğu aydın olar. 

Bu baxımdan, istər Ermənistan sosial mediasında, istərsə də xarici mətbuatda yayılan məlumatlar qeyd edilən faktı bir daha təsdiq edir. “Bagranyan 26” teleqram kanalında dərc olunmuş “Kreml şantajı davam etdirir” başlıqlı yazı sözügedən proseslərin Rusiyadan idarə olunduğunu təsdiq edir. 

“Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Ermənistandakı seçkilər ərəfəsində Kreml təhdid, şantaj, dezinformasiya və qorxutma yolu ilə Ermənistandakı seçkilərin nəticələrinə təsir göstərmək və öz agentlərini - üçbaşlı müharibə və casuslar partiyası olan Köçəryan-Karapetyan-Tsarukyanı hakimiyyətə gətirmək üçün əlindən gələni edəcək! İndi onlar artıq başa düşürlər ki, agentlərini hakimiyyətə gətirə bilməyəcəklər. 

Əsas məqsəd onları parlamentə daxil etmək, dezinformasiya yaymaqla seçkiləri qeyri-legitimləşdirmək və mümkün olduqda Ermənistanda qeyri-sabit vəziyyət yaratmaqdır ki, öz agentlərinin uğursuzluğunu Moldovada etdikləri kimi ictimaiyyətə guya hakimiyyət tərəfindən seçki saxtakarlığı kimi təqdim edə bilsinlər! Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və Kreml Ermənistanı təcavüzlə şantaj etmək qabiliyyətini itirib.

 Kremlin qalan silahları dezinformasiya, kiberhücumlar, iqtisadi şantaj və s.-dir. İndi isə “Rosselxoznadzor” elan edib ki, 22 may 2026-cı il tarixindən etibarən istixana yoxlamaları və nəticələrin təhlili başa çatana qədər Ermənistandan gətirilən və göndərilən gül məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. 

Dəfələrlə vurğuladığımız kimi, Kreml 7 iyuna qədər əlindən gələni edəcək və bütün iqtisadi təzyiqləri göstərəcək. Lakin bütün bunlar 8 iyunda, agentləri tarixin zibil qutusuna atılan kimi qəfil sona çatacaq. Çünki Ermənistana qarşı istənilən iqtisadi sanksiyalar Kremlin ayağına dəyən zərbədir! 

Kremlin bu cür qanunsuz qərarlarla Avrasiya İqtisadi Birliyini farsa çevirdiyini, bu təşkilatın bütün mümkün norma və təməllərini pozduğunu bir daha təkrarlamayacağıq. Amma bir daha vurğulayacağıq ki, bütün bunlar düz 18 gün sonra, 8 iyunda başa çatacaq”,-deyə məqalədə qeyd edilir. 

Təhdidlər artacaq

Bu yazının adı anonim saxlanmış rəsmi mənbədən göndərildiyini görmək olur. Yəni Ermənistan hakimiyyəti bütün təzyiqlərə baxmayaraq, Rusiyanın təhdidləri qarşısında geri çəkilməyəcəyini nümayiş etdirir. Lakin bu məlumatlar səsvermə günü yaxınlaşdıqca, Kremlin Paşinyana siyasi təhdidlərinin artacağını deməyə əsas verir.

Paşinyana qarşı hücumlarda Rusiyanın Qarabağdan getmiş separatçılardan və “Qarabağ klanı”nın qalıqlarını istifadə etmək planlarından xəbər verir. Nikol Paşinyanın Qarabağdan getmiş qadınla mübahisəsi zamanı “Mən Köçəryanı həbsə atdıracağam” deməsi də məhz bu məqamla bağlıdır. Çünki Baş nazir bu təxribatın arxasında Moskvanın və eks-prezident Robert Köçəryanın dayandığını yaxşı bilir. 

Bu arada “The Insider” nəşri Federal Təhqiqatlar Bürosu, Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi-“QRU” və digər qurumların agentlərinin Ermənistana Baş nazir Nikol Paşinyana qarşı çıxmaq üçün göndərildiyinə dair məqalə yayıb. Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin “Telegram” kanalı məqaləyə etiraz mətni yayımlayaraq təkzib verib. 

Lakin son günlər Ermənistanın Avropa İttifaqına üzvlük siyasətinin Avrasiya İqtisadi Birliyinə zidd olması ilə bağlı Rusiyadan ardıcıl gələn etiraz bəyanatları iki ölkə arasındakı münasibətləri kifayət qədər gərginləşdirib. 

Kreml Paşinyanı avrointeqrasiya kursundan döndərə bilmədiyinə görə Ermənistanı öz təsir zonasında saxlamaq üçün iyunun 7-də keçiriləcək seçkilərə hakimiyyət dəyişikliyinə nail olmaq fürsəti kimi baxır. 

Seçkilərdən sonra Nikol Paşinyanın Avropa İttifaqına üzvlük məsələsini yeni konstitusiyaya daxil edəcəyi, Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə sərhədlərin açılmasına nail olaraq Moldova modeli əsasında Qərbə daha sıx inteqrasiya kursu yürüdəcəyi gözlənilir. 

Paşinyana sui-qəsd?

Bu isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxması ilə nəticələnə bilər. Ermənistanda radikal müxalifətin reytinqi zəif olduğundan, seçkilərdə qalib gəlmək şansı görünmür. 

Ona görə də Rusiya Paşinyanı Baş nazir postundan uzaqlaşdırmaq üçün başqa vasitələrə əl ata bilər. Son günlər baş verən hadisələr Qarabağdan getmiş ermənilərdən bu məqsədlə alət kimi istifadə ediləcəyini təsdiq edir. 

Onların arasında terrorçuların, hərbi cinayətkarların olduğunu nəzərə alsaq, Paşinyanın həyatına sui-qəsd törədə biləcək adamlar da az deyil. Hazırda Paşinyana qarşı edilən etirazlar, təhdidlər daha çox xəbərdarlıq məqsədi daşıyır. Əgər münasibətlərdə yumşalma və ya hər hansı konsensus tapılmasa, o zaman Rusiya daha sərt tədbirlərə əl atmağa çalışacaq. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Paşinyan Qarabağ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri