Qarabağ məğlub etməli olduğumuz komandadır
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna millisinin sabiq müdafiəçisi Artyom Fedetski "Dinamo"nun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a məğlubiyyəti (1:0, 0:2) barədə düşüncələrini bölüşüb.
Sportal.az xəbər verir ki, veteran futbolçu nəticəyə və oyuna görə məyus olduğunu bildirib:
"Məndə şəxsən oyuna, nəticəyə və ümumən hər şeyə qarşı məyusluq var. "Qarabağ" elə bir komandadır ki, onu keçmək lazım idi. Bu, mütləq idi. Elə bil ki, çalışırlar, lakin xarakter, istək çatmır.
Ən əsası da odur ki, yəqin ki, baş məşqçi İqor Kostyuk bu "Dinamo"nu alovlandıra bilmir. Məşqçi ehtirası yoxdur, hər şey monoton görünür. Düzünü desəm, "Dinamo"nun oyununu təhlil etmək mənə çətindir. Əvvəllər çempionatda "Dinamo"dan qorxurdular. Təkcə adından deyil, həm də futbolçularından. Ancaq indi elə deyil. Səbəbini bilmirəm, lakin belə olmaz.
"Qarabağ"la ilk matç kifayət qədər yaxşı idi, ancaq dərhal dedim ki, cavab oyunu üçün bir qol az olacaq. Mənə "Dnepr"in vaxtında Bakıda "Qarabağ"a qarşı oynamaq nəsib olub. Ona görə də bu komandanın necə olduğunu bilirəm".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Avqust 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















