Icma.az
close
up
RU
“QARABAĞ PROBLEMİ ARTIQ HƏLL OLUNUB” “Bu “hamilələyin daha 9 ay uzadılması mənasız idi” AzPolitika onlayn siyasiictimai qəzet

“QARABAĞ PROBLEMİ ARTIQ HƏLL OLUNUB” “Bu “hamilələyin daha 9 ay uzadılması mənasız idi” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

"Qarabağ Ermənistan deyil, müstəqil deyil, Azərbaycan deyil, bəs nədir?!"

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il dövlət büdcəsinin düzəliş edilmiş variantının müzakirəsində “artsax” məsələsini qaldıran müxalif deputatara cavabında deyib. O, Qarabağ problemini hamiləliklə müqayisə edib. Problemin artıq həll olunduğunu deyən Paşinyan, israrla bildirib ki, “hamiləliyin” daha 9 ay uzadılması mənasızdır.

“Çünki insan 9 ay hamilə qala bilər, 9 aydan sonra nəsə baş verməlidir, ya körpə doğulmalı, ya da doğulmamalıdır. Doğulmasa, çox güman ki, daşıyıcının ölümünə səbəb olacaq, ya təbii yolla, yada da qeysəriyyə əməliyyatı ilə ya diri, ya ölü, ya oğlan, ya da qız doğulacaq... Bu hamiləliyi daha 9 ay uzatmağımız, üzr istəyirəm, absurd yanaşmadır,” – hökumət başçısı bildirib.

Paşinyan özünə sual verib: 2019-cu ildə nə baş verdi? Qarabağ məsələsində apardığı siyasət düz idi, yoxsa yanlış?

Baş nazirin sözlərinə görə, əgər Qarabağ məsələsinin həllini yenə gecikdirərdisə və ya onun təbirincə desək, əkizlərlə şərti hamiləliyi daha 9 ay uzadardısa, o zaman həmin siyasət yanlış sayıla bilərdi.

Paşinyanın qənaətinə görə, onun siyasəti düzgün və ya yanlış deyil, dövlətə sahib olmaq şansı verən yeganə mümkün variant idi. Buna görə də, bu şansdan necə istifadə edəcəklərindən çox şey asılıdır.

“Mən 2 il əvvəl bu kürsüdən elan etdim ki, əgər biz dövlətçiliyimizi 1-2 il saxlaya bilsək, deməli, növbəti əsrdə dövlətimizin olması üçün real imkan yaradırıq. Burada qeyd etməliyəm ki, orta müddətli perspektivdə bizim köhnə və strateji problemimiz həll olunub. Ancaq bir saniyə belə sayıqlığımızı azalda bilmərik”, - deyə Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, 2 il əvvəl mövcud olan çağırışların əhəmiyyətli bir hissəsi idarəolunan hala gəlib, lakin yeni çağırışlar meydana çıxıb, onları idarə etmək üçün “şəhid vermək”, “milli ordu düsturlarını” aradan qaldırmaq lazımdır. Dövlət üçün daha möhkəm dayaqları qurmaq üçün yeganə vəzifə öz ərazisində öz vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin etməkdir.

Paşinyan dövlətçiliyin qorunub-saxlanılması kimi strateji problemi həll olunmuş hesab etsə də, qeyd edir ki, minalanmış sahədən ehtiyatla keçmək və növbəti əsrdə dövlətin mövcudluğunun təmin olunmasına imkan verəcək mərhələyə çatmaq lazımdır.

“Mən əminəm ki, biz növbəti yüz il ərzində Ermənistanın dövlətçiliyinin mövcudluğuna təminat vermişik”, - hökumət başçısı vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri