Icma.az
close
up
RU
Qarabağ qeydləri

Qarabağ qeydləri

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futboldan uzaqlaşmışdım bir müddət. Həm futboldan, həm işdən, həm də ümumiyyətlə, sosial şəbəkədən.

Özü də futbol ab-havasının bu qaynar vaxtında.

Nə gizlədim, yormuşdu məni. 

Amma bir şeydən yorulub-yorulmamaq mənim Qarabağa səfərimə heç vaxt əngəl olmur. Xüsusən artıq hər il qeyd etdiyimiz Zəfər gününün ildönümündə.

8 noyabrı Qarabağda qarşılamaq az qala rituala çevrilir mənim üçün. Bu, bir növ mənim özümün öz qarşımda qoyduğum mənəvi və vicdani öhdəlikdir.

Odur ki, bu il də ənənəni pozmadım və 8 noyabr günü Qarabağa istiqamət aldım ki, bu, təkcə 2024-cü ildə ora beşinci, ya altıncı səfərim idi. Amma beşinci səfərim də, altıncı gəlişim də, düzü, ora 28 illik fasilədən sonrakı ilk səfərim kimi yuxutək gəlir mənə.

Ona görə də mən hər Qarabağa gedəndə Allaha etdiyim iki duamdan biri bu olur: kaş yaşadıqlarım yuxu olmaya… 

Çünki erməni işğal dövründə yuxumda Qarabağa, Ağdamdakı  ata-baba evlərimizə çox getmişəm, o vaxtlar ən gözəl anlarımı da məhz onda yaşamışam. 

Ta yuxudan oyanıncaya qədər.

Və niyə Qarabağ məni özünə bu qədər çox çəkir deyə düşündükcə ona əmin oluram ki, doğulduğum torpaqla mənim aramda düz 28 illik məsafə səddi olub. 

28 illik bir sədd. 

Amma bir daha qarşımıza çıxmaz elə sədd.

Çıxa bilməz.

Ona görə çıxa bilməz ki, indi bu torpağın altı da, üstü də, havası da İsa Bulağından axan, Turşsuda, İstisuda qaynayan tərtəmiz su kimi pakdır. 

Yəni o yurda, el-obaya bir mənəvi təmizlik gəlib.

Necə gəlib?!

Əvvəla qalib sərkərdəsi və ordusuyla gəlib.

Və həm də…

Dağıdılmış Ağdamın hər qarışının indi qurulmasıyla gəlib. 

Bugünkü “İmarət”ın sanki cənnətə çevrilməsi ilə gəlib.

Nisgilli Xocalıdan matəm aurasını əvəzləyən qürur havası ilə gəlib.

Xankəndinin mərkəzində azərbaycanlı tələbə balalarının qol-boyun olub fəxrlə gəzməsi ilə gəlib. 

Şuşada fəhlə qardaşımızın Xanın oxuduğu “Qarabağ” şikəstəsinin sədası altında daşı daş üstünə qoyması ilə gəlib.  

Laçında Həkəri çayının hər səhər insan selini görüb sevincdən coşması ilə gəlib.

Və sən də bunu görürsən. Həm də ürəyinlə, beyninlə, qanın və ruhunla hiss edirsən.

Onda deyirsən, həə…

Bu eldən axır ki, namərdlər gedib! 

Bu elə mərdlər gəlib artıq!

Mərdlər, mərd insanlar, mərd oğullar…

Aydın Bağırov

Ağdam, İmarət kompleksi
09.11.2024

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Noyabr 2024 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri