“Qarabağ” “Sabah”: statistika nə deyir?
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, komandaların son beş duelində “Qarabağ” 1, “Sabah”2 qələbə qaznaıb, 2 görüşdə isə “sülh” qeydə alınıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasına vidadan sonra qeyri-stabil nəticələrlə diqqət çəkir. Komanda son 5 oyunda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Son turda “Neftçi” səfərindən üç xalla dönən “atlılar” yenidən qələbə seriyasını davam etdirmək niyyətindədir.
“Sabah” isə xal itkilərini sıralamaqdadır. Vasili Berezutskinin gəlişindən sonra toparlanmağa çalışan “bayquşlar” həm oyun, həm nəticə baxımından sabit deyil. Oyun planında axsamalar olar, hücumda məhsuldarlığı aşağı düşən “bayquşlar”ın “Qarabağ”la oyunda necə təsir bağışlayacağı maraqla gözlənilir. Bir fakt da var ki, “Sabah” turnir cədvəlinin aşağı sıralarında olan komandalara nisbətən daha güclülərlə əlavə motivasiya ilə çıxır. Bunun fonunda “Neftçi”, “Qarabağ”, “Araz-Naxçıvan”dan xal alan “bayquşlar” “Səbail”, “Kəpəz”, “Sumqayıt”la duellərdə itkilərlə üzləşib.
“Qarabağ” ilə” Sabah” arasındakı matçlar bolqollu olması ilə seçilir. Son 5 matçında 4-də azı 5 qol olub. Komandaların bu mövsüm baş tutan son görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
“Qarabağ” Premyer Liqada 23 turdan sonra 56 xalla birinci sıradadır. “Sabah” isə 32 xalla 5-ci pillədədir. Komandalar arasında 24 xallıq fərq var.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















