Icma.az
close
up
RU
“Qarabağ sənin nəyinə lazımdır?” KONKRET

“Qarabağ sənin nəyinə lazımdır?” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ramiz Mehdiyev həmişə özünü Qarabağı sevən biri kimi qələmə verib. Lakin tam əksini düşünən adamdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Ramiz Mehdiyev bütün dövrlərdə Qarabağ məsələsində Rusiyanın planlarını həyata keçirirdi:

“O, daxildə Qarabağı istəyənlərin müqavimətini sındırmağa çalışırdı. Rusiyanın sifarişinə uyğun addımlar ataraq Azərbaycanın işğalla barışması üçün səy göstərirdi. Yəni Ramiz Mehdiyev Qarabağın işğaldan azad olunmamasını istəyirdi. Üstəlik, Ramiz Mehdiyevin kökləri də qaranlıqdır.  Onun kökünün ermənilərlə bağlı olduğuna dair çoxlu fikirlər var. Hətta zamanında Nadir Ağayev də bu barədə yazıb. Ramiz Mehdiyevin Rusiya və Ermənistanın mövqelərinə uyğun addımlar atdığı açıq şəkildə görünür. O, anti-Qarabağ, anti-Azərbaycan siyasəti həyata keçirirdi”.

Siyasətçi xatırladıb ki, Ramiz Mehdiyev vaxtilə onun rəhbəri olduğu Qarabağ Azadlıq Təşkilatına da təzyiq göstərib: 

“Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti dönəmində Ramiz Mehdiyevin əngəlləri ilə hər zaman qarşılaşmışıq. O, bizə təzyiqlər göstərirdi. Qarabağ Azadlıq Təşkilatı aksiyalar keçirir və bu istiqamətdə dövlətə yardımçı olmağa çalışırdı. Lakin Ramiz Mehdiyev hər fürsətdə bizə müqavimət göstərirdi. 1999-cu ildə Şuşanın işğal günündə Qarabağa yürüş həyata keçirmək istəyəndə bunu daha aydın gördük və həbs olunduq.

Həmin dönəmlərdə bizim Ağsaqqallar Şurasının üzvlərindən biri olan rəhmətlik Asif müəllim Xalq şairi Bəxtiyar Vahabzadənin yanında gedərək ondan dəstək istəmişdi. Bəxtiyar Vahabzadə Qarabağ Azadlıq Təşkilatının tədbirlərində iştirak etdiyi üçün ümid yeri kimi onun yanına getmişdi. O da bizim həbs olunmağımız və təzyiqlərlə bağlı Ramiz Mehdiyevə zəng etmişdi. Lakin Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəni danlayaraq “Qarabağ sənin nəyinə lazımdır?” demişdi. Yəni onun Qarabağa münasibəti belə idi”.

Akif Nağı Ramiz Mehdiyevin sifarişi ilə həbs olunduğunu da söyləyib: 

“2004-cü ildə də Ramiz Mehdiyevin göstərişi ilə bizi həbs etdilər. Məqsəd Qarabağ Azadlıq Təşkilatını ləğv etdirmək idi. Mənə 5 il, digər üzvlərimizə də 3-4 il iş vermişdilər. Lakin Prezident İlham Əliyev məsələyə müdaxilə etdi və bizim işimizə yenidən baxıldı. Nəticədə şərti cəza ilə azadlığa buraxıldıq. Yəni Ramiz Mehdiyev Qarabağı tələb edənləri tam şəkildə neytrallaşdırmaq istəyirdi”.

Partiya sədri vurğulayıb ki, bütün bunlara göz yummaq olmaz:

“Ramiz Mehhdiyevin xalqa və dövlətə qarşı qəddarlığına görə Azərbaycan tarixində tayı-bərabəri yoxdur. O, dövlətə və millətə nifrət edir. Hesab edirəm ki, Ramiz Mehdiyev ən ağır şəkildə cəzalandırılmalıdır. Həmçinin, onun cinayətlərinə şərik olmuş şəxslər də qanun qarşısında cavab verməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri