Icma.az
close
up
RU
Qarabağ Şkendiya oyunu necə gözlənilir? ŞƏRH

Qarabağ Şkendiya oyunu necə gözlənilir? ŞƏRH

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bu gün UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə oynayacaq. Maraqlıdır, Azərbaycan təmsilçisi necə bir rəqiblə qarşılaşacaq və mübarizədən hansı hesabla çıxması böyük ehtimaldır?

Futbol eksperti Elçin Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində tərəfləri müqayisə etdikdə avrokubok təcrübəsinə əsasən "Qarabağ" bir addım irəlidədir.

Heç bir komandanın əvvəlki olmadığını vurğulayan ekspertin sözlərinə görə, "Qarabağ"da bu mövsüm hücum fazasında müəyyən problemlər var:

“Daha doğrusu, o mövqeyə edilməyən transferlər mərhələlər irəlilədikcə, daha güclü rəqiblərlə üz-üzə gələndə boşluq olaraq ortaya çıxır. "Şkendiya"nın baş məşqçi Yeton Bekiri təyin edildikdən sonra oyun planında dəyişikliyə gedilib. Xüsusilə 4-2-3-1 taktiki sxeminə üstünlük verən bir kollektivlə üz-üzə gələcəyik. Oyunu idarə etməyə, hökm etməyə çalışan bir mütəxəssisdir Bekiri. "Şkendiya" meydançanın birinci və ikinci fazasında oyunu qurmağa üstünlük verən, topa sahib olmaqla rəqibi öz üzərinə çəkərək müdafiə arxasına atılan uzun ötürmələrlə rəqib qapısı qarşısında təhlükəli epizodlar yaradan bir komandadır. Bundan əvvəlki matçlarına da nəzər salsaq, oyun planı məhz bu şəkildə qurulub”.

E.Cəfərov dayaq yarımmüdafiəsində yer alan futbolçuların Bekirinin oyun planında çox önəmli yer tutduğunu deyib:

“Xüsusilə Ramadani və Çaka diqqət çəkirlər. Ramadani top rəqibdə olarkən üçüncü stoper funksiyasını yerinə yetirir. Bəzi məqamlarda mövqe sığortalarında çox önəmli rol oynayır və presinqi zamanında etmək baxımından vacib profildir. Çaka isə daha çox birinci və ikinci fazanı bir-birinə bağlayan rola sahibdir. Hücum fazasında isə təcrübəli futbolçu İbraimi önə çıxır. O, əsasən cinahlarda mövqe seçimi edərək həm komanda yoldaşları üçün boş zonalar və koridorlar yaradır, həm də cinahdan mərkəzə doğru yönələrək təhlükəli zərbələrlə yadda qalır”.

Ekspert qeyd edib ki, oyunçu keyfiyyəti baxımından "Qarabağ" "Şkendiya"dan üstündür, amma diqqət edilməli bəzi məqamlar var:

“Bundan əvvəlki oyunlarda Bikalyo və Kadi Borges tandemini dayaq yarımmüdafiədə izlədik. Əgər bu matçda da həmin tandemlə meydana çıxılarsa, istər-istəməz rəqibə fürsət vermiş olarıq. Çünki əvvəlki oyunlarda da yarımmüdafiənin mərkəzində boşluqlar, topu sürətli dövr etdirmə və hücuma çevirmədə problemlər müşahidə olunmuşdu. Ümid edirəm ki, əgər Yankoviç hazırdırsa, bugünkü matçda onun meydana çıxması vacibdir. Yankoviçsiz bir "Qarabağ" yarımmüdafiəsini təsəvvür belə etmək çətindir. Kadi Borgesin davamlı hücumda yer alması vacibdir. Kompakt müdafiə olunan komandalar qarşısında bəzən uzaqdan endirilən zərbələr mühüm rol oynayır. Hücumda keyfiyyətli futbolçunun yoxluğunu da nəzərə alsaq, Kadi daha çox hücuma yaxın oynadılmalıdır”.

"Qarabağ"ın yenə də ənənəvi oyun planına sadiq qalacağını düşünən E.Cəfərovun fikrincə, topa daha çox sahib olmağa çalışan yarımmüdafiənin mərkəzində Bikalyo–Kadi tandemi olarsa, bu, komanda üçün riskli ola bilər:

“Səfərdən ən azı sərfəli nəticə ilə qayıtmaq ehtimalı yüksəkdir, amma qeyd etdiyim incə detallara xüsusi diqqət yetirilməlidir. Fikrimcə, Qurban Qurbanov və texniki heyət də bu analizləri aparıb və rəqibin oyun planını nəzərə alaraq, start heyətində müəyyən dəyişikliklərə gedə bilərlər. Məsələn, nəyə görə Bikalyo–Borges tandemi uğursuz olur? Çünki rəqibin oyununa istər-istəməz uyğunlaşırıq və mərkəzdə top rəqibdə olarkən Bikalyo və Kadi mövqe sığortalarında, müdafiə yönümlü oyunda sərtliyə üstünlük vermədikləri üçün stoper Medinanın mərkəzə yaxınlaşmasına səbəb olur. Bu da müdafiə xəttində boşluqlar yaradır və uzun ötürmələrlə rəqib həmin boşluqlardan istifadə edə bilər”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri