Icma.az
close
up
RU
Qarabağ üçün alınacaq silahın pulunu Yuqoslaviyada kim oğurlayıb?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ üçün alınacaq silahın pulunu Yuqoslaviyada kim oğurlayıb?

1991-ci ildə Qarabağda vuruşan azərbaycanlı könüllülərə Avropanın qaçaqmalçılarından silah alınması üçün nəzərdə tutulan külli miqdarda pul oğurlanıb. 

AzPost bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Banditizm və Terrorizmə qarşı Xüsusi İdarəsinin sabiq rəhbəri, istefada olan polkovnik Nizami Musayev bir neçə il əvvəl verdiyi müsahibəsində açıqlayıb.

Qeyd edək ki, peşəkar kaskadyor olan Nizami Musayev həmçinin kinorejissor olub. Onun rejissoru olduğu “Lətifə” filmi 80-ci illərdə məşhur idi. Daha sonra Azərbaycanda milli –azadlıq hərəkatına qoşulan N. Musayev AXC hakimiyyəti zamanı DİN-də çalışıb.

Uzun illər qapalı həyat yaşayan N. Musayev yalnız bir müddət əvvəl ictimaiyyətə açıq olub. Bu müsahibədə o, 90-ların əvvələrində Azərbyacanda baş vermiş ictimai-siyasi proseslərdən danışıb, şahidi olduğu hadisləri şəh edib.

90-cı illərin əvvələrində Qarabağda gedən hərbi əməliyyatlar barədə danışan N.Musayev maraqlı bir hadisəni açıqlayıb. O, Qarabağda döyüşən azərbaycanlı könüllü döyüşçülər üçün silahların necə əldə edilməsindən söz açıb.

N.Musayevin sözlərinə görə, erməni silahlı dəstələrinə qarşı döyüşənlər üçün silah – sursat respublikada yerləşən sovet ordusundan əldə olunurdu. “Demək olmaz ki, bu zaman iş yalnız zorla həll olunurdu. Silahın əhəmiyətli hissəsi razılaşma yolu ilə, yaxud da “hərbi hissəni ələ keçirmə” imitasiyası nəticəsində əldə olunurdu”.

N.Musyaev bu zaman xaicdən silah alınmasına cəhdlərin olunduğunu deyib. Onun sözlərinə görə, xaricdən silahla bağlı belə alqı-satqı yalnız dövlət strukturlarının iştirakı ilə mümkün idi.

Bu zaman N.Musayev haqqında qeyd etdiyimiz hadisəni danışıb.

Onun sözlərinə görə, dövlət strukturunun göstərişi ilə “Azərbaycanfilm”in direktoru, məşhur rejissor Ramiz Fətəliyev Türkiyədə öz əlaqələri vasitəsi ilə Yuqoslaviyadan silah almaqla bağlı razılaşma əldə edibmiş.

Söhbət böyük partiyada olan avtomatların alınmasından gedir. Həmin sövdələşməni o zaman Neftayırma Zavodunun direktoru olan, Milli Məclisin sabiq spikeri Rəsul Quliyev maliyyələşdirıb. Məsələnin texniki və maliyyə tərəflərini həll etmək  “Azərbaycanfilm”in kommersiya şöbəsinin direktoru Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov o zaman üçün az adamın başı çıxdığı valyuta əməliyyatlarını bacarırımış.  “Bu sövdələşmə dövlət əhəmiyyətli idi və buna görə məxfi saxlanılırdı. Hətta Ramiz bu barədə mənə ən son mərhələdə, ümumi şəkildə məlumat verdi” – deyə N.Musyaev bildirib.

Bundan sonra baş verənlər əhvalatın maraqlı məqamlardır. Beləliklə Sarayevodan gələcək silah partiyasının yerləşdirilməsi üçün hazırlıqlar başlanır: “Ramiz gecə Türkiyədən mənə zəng vurdu. Dedi ki, bu gün Sarayevodan malın birinci partiyası yola düşür, yükləmə gedir və təyyarə gecə Bakıda olacaq. Mən kinostudiyaya məxsus bir neçə yük maşınını hazırlamalı və hava limanına gəlməli idim”.

Burada ciddi bir problem ortaya çıxır. R. Fətəliyevin N.Musayevə verdiyi məlumatdan aydın olur ki, Prezident Ayaz Mütəllibovun hakimiyyəti silah Bakıya gələn kimi  onu hərbi anbarlara yerləşdirməkdən imtina edir. Yük isə hava limanında qala bilməzdi. Hakimiyyət rəsmiləri absurd bir qərar qəbul edirlər: Silahlar kinostudiyanın həyətinə daşınsın, bundan sonra lazımı göstərişləri gözləsinlər.

Yükü müşayət etmək üçün milis mühafizəsi belə ayrılmır.

N.Musayev daha sonra deyir: “Bu vəziyyət Ramizi bərk narahat edirdi. Onun səsindən necə həyəcanlı olduğu hiss olunurdu. O mənə başqa variant olmadığını deyərək yükü qəbul etməyi və sabahı gözləməyi təklif etdi. Mən əlimdən gələni edəcəyimi dedim. Maşınları hazırladım. Bu vaxt AXC İdarə Heyətinin üzvü olan İsgəndər Həmidov ( sabiq DİN naziri –red) zəng vurdu və təcili evə gəlməyimi istədi. Mən gəldim. İsgəndər dedi ki, hakimiyyətin dəstəyi ilə gecə Bakıya böyük partiyada silah gətiriləcək. Onda dəqiq informasiya var ki, hava limanından çıxarkən yolda maşınlara hucum imitasiyası olunacaq. Silahlar “Qardaşlıq” cəmiyyətinin sərəncamına keçəcək. Milis işə qarışmayacaq. Yarımleqal təşkilat olan “Qardaşlıq” hakimiyyət tərəfindən yaradılmışdı. Onun fəaliyyətini Bakı şəhər icra hakimiyyətinin başçısı Rüfət Ağayev kurasiya edirdi. Rəhbəri deputat Ağa Axundov idi”.

N.Musyaev Həmidova bu silah sövdələşməsi barədə Fətəliyevdən bildiklərini söyləyir və yükü özünün və dostlarının müşayət edəcəyini açıqlayır. İsgəndər Həmidov müşayətçi komandanı iki yerə bölməyi məsləhət görür və qrupun maksimum gücləndirmək lazım olduğunu vurğulayır: “Mənimlə birgə hava limanına jurnalist Elçin Səlcuq (Azadlıq qəzetindən) və onun iki həmkarı gedəcəkdi. Plana görə, yük gəldikdən sonra heç kimi xəbərdar etmədən marşrutu dəyişərək Əzizbəyov milsi idarəsinə getməli idik, orada jurnalistlərin iştirakı ilə bu mühüm dövlət yükü barədə bəyanat verməli idik. Həmin zaman da İsgəndər dövlət orqanları ilə əlaqə saxlayaraq rəsmi mühafizə tələb edəcəkdi”.

Bütün plan hazır olduqdan sonra Türkiyədən Ramiz Fətəliyev zəng vurur və bildirir ki, bütün işlər təxirə salınır: “Ramiz dedi ki, Sarayevodan həmin Rövşən Məmmədov ona zəng vuraraq bildirib ki,”satıcılar” təyyarə uçmamışdan əvvəl beh tələb edirlər. Bu məbləğ isə bütün ödənilməsi nəzərdə tutulan məbləğin tən yarısı idi. Sonrakı günlərdə aparılan ağır danışıqlarda həmin Rövşənin təkidi və vədləri ilə biz maksimal ödənişi etməyə razı olduq. Sxem belə idi: Pul Rövşən Məmmədovun adına açılmış xüsusi hesaba köçürülür, təyyarə yüklə uçan kimi o pulu silah qaçaqmalçılarının göstərdiyi hesaba köçürür.”

Sxem heç kimdə şübhə doğurmur. Rövşən etibar edirdilər, onun qoca, xəstə anası, ailəsi hamısı Bakıda yaşayırdı.

Yalnız Rəsul Quliyev bu sxemin əleyhinə çıxır. Amma sonda Rövşən hamını inandırır ki, alternativ variant yoxdur. R. Quliyev də razılaşmalı olur. Rəsul Quliyevin Rövşənlə yox, silah satan alverçilərlə bağlı şübhəsi vardı.

Beləliklə valyuta Rövşən Məmmədovun hesabına köçürülür.

Bundan sonra R. Məmmədov aradan çıxır: “Bu əclaf pulları bankdan götürüb yoxa çıxdı. Ramizin vəziyyətini xatırlayıram. Göz yaşları içində kabinetdə oturmuşdu. Mən ona təsəlli vermək istədim. Dedim ki, “hamı sizin günahsız olduğunuzu bilir, hər şey aydın olar”. O kəskin şəkildə mənə “sən axmaqsan?” Sən elə bilirsən mən məsuliyyət daşımağa görə qorxuram? Mən çox utanıram, çox pis olmuşam, başa düşürsən Nizami” dedi.

Bu əclaf torpağı qorumaq üçün almaq istədiyimiz silahın pullarını oğurlayıb qaçmışdı. Belə yaramazalar üçün millət, Vətən anlayışı yoxdur. O, öz aiəsini belə taleyin hökmünə buarxıb qaçdı – qoca, xəstə anasını, uşaqlarını…”

Rövşən Məmmədovu o zaman DİN xətti ilə rəsmi axtarışa versələr tapa blməyiblər. N. Musayev DİN-ə məsul vəzifəyə təyin olunduqan sonra onu axtarıb: “Mən DİN-də işləyəndə öz təşəbbüsümlə bu axtarışı İnterpol vasitəsi ilə yenilədim. Müəyyən edə bildik ki, o bir müddət Kiprdə yaşayıb. Sonra onun izləri İsraildə itib-batdı. Nəsə aydınlaşdrmaq mümkün olmadı”-deyə istefada olan polkovnik kədərli şəkidə deyib.

SSRİ-nin hələ mövcud olduğu bir məqamda beynəlxalq silah qaçaqmalçıları ilə əlaqə sovet dövlətinin süqutunun və geopolitik güclərin maraq savaşını aydın göstərir. Bu baxımdan “Azərbaycanfilm”in şöbə müdirinin pul oğurluğu bu prosesin fəsadlarından sayıla bilər.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Mart 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri