Qarabağ UFC ni qarşıladı: Rafael Fiziev Ağdam klubunun stadionunda
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda Azərbaycanlı idmançı Rafael Fiziev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadənin bir araya gəliblər.
Sportal.az xəbər verir ki, Rafael Fiziev klubun bazasına gəlib, Qurban Qurbanovla görüşüb. Baş məşqçi döyüşçünü stadionla tanış edib. Qurban Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Rafael Fiziev isə öz növbəsində “Qarabağ” klubunun baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziev və Bəhlul Mustafazadə məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
Qeyd edək ki, 47.3 milyon izləyicisi olan UFC-nin rəsmi Instagram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















