Icma.az
close
up
RU
Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ Universitetində ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin iclası keçirilib.

525.az xəbər verir ki, iclasdan əvvəl isə Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək AMEA kollektivini 80 illiyi münasibətilə təbrik edib, elmi konfransın işinə uğurlar arzulayıblar. AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda əhatəli məruzə ilə çıxış edib. Sonra Akademiyanın elmi-tədqiqat institutlarının direktorlarının ayrı-ayrı elmi istiqamətlər üzrə məruzələri dinlənilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də Akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.

Tədbirdən sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və şöbə müdirləri ayrı-ayrı auditoriyalarda Qarabağ Universitetinin tələbələrinə 13 ixtisas üzrə dərs deyiblər. Dərslərdən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb və onlarla xatirə şəkilləri çəkdirilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclası giriş sözü ilə açaraq tədbirin Xankəndi şəhərində Qarabağ Universitetində keçirilməsini əlamətdar tarixi hadisə adlandırıb, Akademiya ilə Qarabağ Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının işığında Qarabağ Universitetində keçirilən konfransla birgə elmi əməkdaşlığa start verildiyini deyən akademik İsa Həbibbəyli ölkə başçısının Böyük Qayıdış hərəkatına, yeni şəraitdə elmin inkişafına Akademiya tərəfindən də mühüm töhfə veriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli Sərəncamının icrası barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, proqram üzrə nəzərdə tutulan bütün məsələlər uğurla yerinə yetirilib. Belə ki, işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat işlərinin əhatə dairəsi genişləndirilib, “Şuşa İli” çərçivəsində AMEA-da çoxsaylı monoqrafiya və kitablar, məqalələr nəşr edilib, elmi konfranslar keçirilib, sərgilər təşkil olunub.

Müvafiq dövr ərzində Qarabağda elmi tədqiqatların əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli arxeoloji qazıntılar zamanı mühüm tarixi əhəmiyyətə malik elmi nəticələr əldə olunduğunu bildirib.

Müzakirələrdən sonra məsələ barədə müvafiq qərar qəbul edilib.

Sonra Qarabağda və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatların aparılmasının təmin edilməsi haqqında məsələyə baxılıb. AMEA rəhbəri çıxış edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən kompleks tədqiqatlar aparılmalı, paralel olaraq digər elmi istiqamətlər üzrə araşdırmalar təşkil edilməlidir. Tədqiqat üçün seçilmiş ərazilərdə arxeoloji qazıntı işləri ilə yanaşı, paralel olaraq toponimiya, etnoqrafiya, antropologiya, fəlsəfə, folkor, dilçilik, əlyazmalar, memarlıq, eləcə də seysmologiya kimi digər elm sahələri üzrə də araşdırmalar aparılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bütün elmi istiqamətlər üzrə kompleks tədqiqatların vacibliyini diqqətə çatdırıb, bu məqsədlə müvafiq tapşırıqlarını verib. Akademik İsa Həbibbəyli Böyük Qayıdışa dair növbəti II Dövlət Proqramının icrası dövründə fənlərarası əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriləcəyinin əhəmiyyətini vurğulayıb.

Məsələ ilə bağlı müzakirələrdə akademik Rasim Əliquliyev, müxbir üzv Qurban Yetirmişli, professor İlham Məmmədzadə, professor Nadir Məmmədli, dosent Fərhad Quliyev çıxış edərək təklif və mülahizələrini bildiriblər. Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ Qərbi Azərbaycan Ensiklopediyası sözlüyünün yekun variantının təsdiq edilməsi haqqında olub. Məsələ barədə çıxış edən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcması ilə birgə bir neçə dəfə sözlüyün müzakirəsi keçirilib və müəyyən dəqiqləşdirmələr aparılıb.

Geniş müzakirədən sonra Qərbi Azərbaycan Ensiklopediyasının təkmilləşdirilmiş yekun variantı təsdiq olunub. Materialların hazırlanması məqsədilə müəlliflər heyəti müəyyən edilib, icrası ilə bağlı tapşırıqlar verilib.

Sonra “AMEA-nın 80 illiyi” döş nişanının eskizləri müzakirəyə çıxarılıb və müvafiq eskiz seçilərək təsdiq edilib.

İclasda həmçinin müasir dövrün çağırışlarına uyğun olaraq, daxili imkanlar və mövcud ştat vahidləri hesabına akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi, Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz, eləcə də Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin bazasında Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin yaradılması haqqında qərarlar qəbul olunub. Eləcə də Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda funksiyalarının yaxın olduğu nəzərə alanaraq, Şimali Qafqaz araşdırmaları şöbəsinin ləğv edilməsi və onun funksiyalarının institutun Qafqaz tarixi şöbəsinə verilməsi qərara alınıb. Eyni zamanda, Şəki Regional Elmi Mərkəzində Tarix və epiqrafika, həmçinin Arxeologiya və etnoqrafiya şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.

Müzakirələrdə akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov, Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev, “Elm” nəşriyyatının direktoru dosent Səbuhi Qəhrəmanov çıxış edərək təklif və mülahizələrini diqqətə çatdırıblar.

İclasda həmçinin Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov çıxış edərək AMEA ilə təmsil etdiyi ali təhsil müəssisəsi arasında qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.

Sonda Qarabağ Universitetinin fonunda xatirə şəkli çəkdirilib.

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib

Şəkil sayı: 8

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 06 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri