Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur

Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Laçın bizim üçün təkcə bir yaşayış məskəni deyildi, eyni zamanda strateji əhəmiyyət daşıyan bir bölgə idi. Laçının düşmən tərəfindən işğalı ehtimal olunsa da, təəssüf ki, o dövrün hakimiyyəti tərəfindən heç bir ciddi tədbir görülmədi. Ölkədəki siyasi xaos və müxtəlif partiyaların hakimiyyət uğrunda mübarizəsi nəticəsində Laçın demək olar ki, məqsədli şəkildə müdafiəsiz buraxıldı və düşmən qüvvələrinə təslim edildi.

Bu xəyanət nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı tam şəkildə təmin olundu. 

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rəşad Mahmudov səsləndirib. O bildirib ki, işğal nəticəsində rayonun əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, bu qədim və tarixi yurdumuz yad qüvvələrin nəzarətinə keçib. 300-dən artıq hərbi və mülki şəxs həyatını itirib. İşğal dövründə rayonun tarixi abidələri, təhsil, səhiyyə və istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib.

Bütün bunlar yetmirmiş kimi işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsindən belə çəkinməmiş, dədə-baba torpaqlarımızın təbii resurslarını talan edərək özünə qazanc mənbəyinə çevirmişdir. Uzun illər işğal altında qalan Laçın rayonu, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin qətiyyətli diplomatik addımları və düşmənin imzaladığı rəzil kapitulyasiya aktı nəticəsində hərbi əməliyyatsız şəkildə ölkəmizə təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçdi. Bununla da Azərbaycan dövləti növbəti tarixi zəfərini rəsmiləşdirdi. Laçının azad edilməsindən dərhal sonra rayon genişmiqyaslı quruculuq və bərpa işlərinin mərkəzinə çevrildi. Beynəlxalq standartlara uyğun şəkildə yüksək zövq və keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində yeni yollar, tunellər salınır, Laçında hava limanının inşası həyata keçirilir. Bu layihələr təkcə infrastrukturun bərpasına deyil, eyni zamanda bölgənin beynəlxalq status və strateji əhəmiyyətinin artmasına xidmət edir. 2023-cü ilin 28 may tarixindən etibarən laçınlıların doğma yurda qayıdışı təmin olunub və artıq sakinlər tarixi torpaqlarında məskunlaşıblar. Bununla yanaşı, Zabux və Sus kəndlərində də intensiv quruculuq və bərpa işləri aparılır.

Deputat yekunda vurğulayıb ki, bir vaxtlar azad olunması mümkünsüz hesab edilən Laçın Prezident İlham Əliyevin xalqın yaddaşından heç vaxt silinməyəcək qlobal liderliyi və diplomatik qələbəsi sayəsində döyüşsüz şəkildə geri qaytarıldı. Bu gün Laçın sakinləri tam təhlükəsiz şəraitdə öz doğma evlərində yaşayır və normal həyatlarını davam etdirirlər. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və əsl cənnətə çevrilir. Gerçəkdən də Azərbaycan dövlətinin siyasi iradəsi, iqtisadi gücü və qətiyyətli mövqeyi sayəsində Laçın başda olmaqla işğaldan azad edilən bütün torpaqlarımızda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Bu ərazilər qısa müddətdə təhlükəsizlik, rifah və inkişaf baxımından nümunəvi bölgələrə çevrilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri