Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur təcrübəsi Qəzzanın bərpasında Şərh

Qarabağ və Şərqi Zəngəzur təcrübəsi Qəzzanın bərpasında Şərh

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Azərbaycanın beynəlxalq platformalarda fəallıq göstərməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu gün ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş, müxtəlif mədəniyyətləri “Bakı prosesi” və digər təşəbbüslər çərçivəsində bir araya gətirən dialoq məkanı kimi tanınır. Respublikamıza və onun Liderinə dünyada artan rəğbət bunun əyani təsdiqidir. Ölkəmizin Sülh Şurasına qoşulması da bunun növbəti ifadəsidir”. 

Bunu Ölkə.az-a açqılamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Sülh Şurası çərçivəsində respublikamıza böyük önəm verilməsi Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi, ölkənin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Beynəlxalq problemlərin qarşısının alınmasında və idarə olunmasında oynadığı rol,  konstruktiv yanaşması, dialoq və nəticəyönümlü diplomatiya həyata keçirməsi ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasını şərtləndirən amillərdir. Sülh Şurasında Azərbaycanın iştirakı ölkəmizin mövbəti uğurudur. Bu o anlama gəlir ki, dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir və ölkəmiz də ona bəslənilən ümidləri hər zaman yüksək səviyyədə doğruldur. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilən  Sülh Şurasının ilk iclasında iştirak etmək üçün dəvət edilməsi də bütün bunları təsdiqləyir. Bu, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və hörmətinin təzahürüdür.  Bunu tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycanın dövlət başçısına xitab etməsi bir daha sübut etdi. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın Prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir. Bu, həm də onun nümayişidir ki, Sülh Şurasının fəlsəfəsi qarşıdurmanı inkar edir, ölkələri barışığa çağırır. 

Deputatın sözlərinə görə, Qarabağ münaqişəsi başa çatdıqdan sonra qalib Azərbaycan yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə məqsədyönlü fəaliyyətlərə başladı. Məhz Prezident İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avustun 8-də Vaşinqtonda, Ağ Evdə  Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması böyük nailiyyətdir. Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarıni itirmirlər. Eyni zamanda, Azərbaycan  sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmiz Ermənistana neft məhsulları satır. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq.

“Bütövlükdə, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmiz öz təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz Qarabağ münaqişəsindən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Fevral 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri