Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 31 iyul, AZƏRTAC
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 31 İyul 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















