Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Qarabağ xanı ailəsinin qətli xəyanətkar cinayət idi

Qarabağ xanı ailəsinin qətli xəyanətkar cinayət idi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Kimin yardım etməsindən asılı olmayaraq, haylar heç zaman uğur qazanmayıblar

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bir sıra digər məsələlərlə yanaşı, xalqımıza qarşı tarixən yol verilən ədalətsizliklərdən də bəhs etdi. Dövlətimizin başçısı bildirdi ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib. Bu, birinci və sonuncu cinayət deyildi. Əgər ardıcıllıqla getsək, ondan sonrakı cinayət qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, bir qədər öncəki cinayət isə Qarabağ xanı İbrahimxəlil xanın öldürülməsi idi. Halbuki ona öz rəhbərliyini Qarabağda icra edəcəyinə zəmanət verilmişdi.

Prezident qeyd etdi ki, XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımını, 20 Yanvar faciəsini və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalını Azərbaycan xalqı unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Dövlətimizin başçısının çıxışında qaldırdığı məsələlərlə bağlı tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərova müraciət etdik.

– Anar müəllim, Qərbi Zəngəzurun Azərbaycandan qoparılması və qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması prosesi necə baş vermişdir?

– 1920-ci ilin aprelində XI sovet ordusu Azərbaycanı işğal etdi. Beləliklə, 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cümhuriyyətin bu müddətdə Azərbaycan xalqının taleyi və tarixi ilə bağlı qəbul etdiyi hər şey ləğv edildi, qadağalar qoyuldu. O cümlədən bu gün qürur mənbəyimiz olan üçrəngli bayrağımız da Azərbaycan tarixindən çıxarıldı, sovet maraqlarına xidmət edən yeni bayraq peyda oldu. Sovet Rusiyası 1920-ci ilin noyabrında Azərbaycan torpaqları, o cümlədən Zəngəzurla bağlı erməni iddialarına təbii ki, bəraət qazandırdı və Ermənistanı bolşevikləşdirmək üçün Zəngəzurun Ermənistana verilməsi məsələsini Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsini Qafqaz regionunda təmsil edən Qafqaz Bürosunun iclasına çıxardı. Beləliklə, 1920-ci il noyabrın sonlarında Qafqaz Bürosunun qərarı ilə Zəngəzur torpaqlarının bir hissəsi Ermənistana verildi. Bundan sonra ermənilərin Qarabağa iddiaları daha da artdı. Təsadüfi deyil ki, 1921-ci il iyulun 4-də Qafqaz Bürosu növbəti cinayətə əl atdı və Qarabağın Ermənistana verilməsi ilə bağlı qərar qəbul etdi. İyulun 5-də ikinci dəfə yığışan büronun qərarı aşağıdakı qaydada verildi: Qarabağ Azərbaycanın tərkibində qalır, Şuşa bölgənin paytaxtı olur və Qarabağdakı ermənilərə muxtariyyət statusu verilir. Bundan sonra Azərbaycanda hakimiyyət dəyişikliyi oldu, Nəriman Nərimanov mərkəzə aparıldı. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri, Azərbaycan xalqının düşməni olan Sergey Kirov respublikamıza rəhbər gətirildi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, sovet rəhbərliyi qısa müddət ərzində həm Zəngəzuru ermənilərə verdi, həm də yüz il sonrakı dövr üçün Qarabağda separatçı yuvası yaradıldı ki, bu başabəla qurum Azərbaycan qanunlarını heç vaxt qəbul etmirdi. DQMV Azərbaycanın tərkibində olsa da, bütün fəaliyyətini Ermənistanla qurmağa çalışırdı. Nə vaxt Azərbaycan hakimiyyətindəki birinci şəxs güclü olurdusa, o zaman ermənilər qorxularından səslərini çıxarmırdılar. Birinci şəxs zəif olurdusa, o zaman Qarabağın Ermənistana birləşdirilməsini həm muxtar vilayətin, həm də Ermənistanın rəhbərliyi Moskvadan tələb edirdilər.

– Bəs Qarabağ xanının öldürülməsi hansı şəraitdə baş vermişdir? Çar Rusiyası bununla nəyə nail olmaq istəyirdi? Həmin qətl hadisəsinin sonrakı proseslərə təsiri necə oldu?

– Əlbəttə, dövlətimizin başçısının yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığının hüquqları əllərindən alındı. 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri ilə indiki İran və Osmanlı ərazisindən yüz minlərlə erməni bu əraziyə köçürüldü. Türkmənçay müqaviləsi 16 maddədən ibarətdir. Müqavilənin 15-ci maddəsinə əsasən ermənilərin indiki İran ərazisindən rahat şəkildə Azərbaycanın Naxçıvan, Qarabağ və Zəngəzur ərazilərinə köçürülməsinə hər cür şərait yaradıldı. Buradakı azərbaycanlı əhalidən torpaqlar alınaraq ermənilərə verilirdi. Əslində, 15-ci maddə ilə on minlərlə erməni Azərbaycan torpaqlarına gəldi. Qeyd etmək lazımdır ki, Təbrizdə ermənilərin köçürülmə komitəsinə rəhbərlik edən general İvan Lazarev haylara müraciətində yazırdı: “Erməni əhalisi, sizə müraciət edirəm. Sizin üçün təzə vətən tapmışıq. Siz bu təzə vətənə getməlisiniz”. Təbii ki, bu “təzə vətən” Azərbaycan torpaqları idi. O dövrün rus tarixçiləri sənədlər əsasında qeyd edirlər ki, XX əsrin əvvəlləri üçün Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında 1 milyon 300 min erməni yaşayırdı. Onların 1 milyonu gəlmə idi. Yəni, Türkmənçay müqaviləsinə görə indiki İran ərazisindən, Ədirnə müqaviləsinə görə isə Osmanlı ərazisindən yüz minlərlə erməni Azərbaycan torpaqlarına köçürüldü.

Bəli, o dövrün ən böyük cinayətlərindən biri İbrahimxəlil xanın öldürülməsi idi. 1805-ci ildə Kürəkçay müqaviləsindən bir qədər sonra erməni tərəfi çar Rusiyasının nümayəndələrini inandıra bildi ki, Qarabağ xanı İbrahimxəlil xan, guya, Rusiyaya xəyanət edib. O, Kürəkçay müqaviləsinə riayət etmək istəmir və rus mayoru Dmitri Lisaneviç 1806-cı ilin yayında İbrahimxəlil xan başda olmaqla ailənin 17 üzvünü qılıncdan keçirdi. Halbuki nə İbrahimxəlil xanın xəyanəti, nə də digər bir hal var idi. Sadəcə olaraq, ermənilər İbrahimxəlil xanı hakimiyyətdən salmaq, fiziki cəhətdən məhv etmək üçün rus qüvvələri ilə birləşib onları inandıra bildilər. Təbii ki, mayor Lisaneviç belə böyük cinayətə əl atdı. Beləliklə, çarizmin müstəqil Azərbaycan xanlıqlarını işğal etməsindən sonra bu əraziyə köçürülən ermənilərə həm də böyük səlahiyyət verildi. 1828-ci il Türkmənçay müqaviləsindən bir ay sonra – mart ayının 21-də Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayəti yaradıldı. Sual olunur: əgər ermənilər bu torpaqlarda yaşayırdılarsa, nə üçün əvvəldən erməni vilayəti yox idi? Məntiq və tarixi faktlar onu göstərir ki, ermənilər bu əraziyə köçürüləndən sonra çar Rusiyası özünə dayaq yaratmaq üçün erməni vilayəti, 1849-cu ildə isə İrəvan quberniyasını yaratdı. Bununla da azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar başladı. Erməni əhalisinin sayı artırılır, azərbaycanlı əhali isə hüquqsuz insanlar kimi bu torpaqlardan çıxarılırdı.

– Aydındır ki, çar Rusiyası Azərbaycan torpaqlarının işğalı ilə yeni ərazilər əldə etmək, mühüm coğrafi regionda möhkəmlənmək istəyirdi. Başqa niyyətləri nə idi?

– Onlar erməniləri bu ərazilərə yerləşdirmək və yerli müsəlman əhalini buradan çıxarmaq istəyirdilər. Məlumdur ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bununla bağlı kifayət qədər sənədlər var. Bu sənədlərin müəllifləri də, təbii ki, azərbaycanlılar yox, rus müəllifləridir. O da məlumdur ki, 1905-1906-cı illərdə ilk erməni-müsəlman qırğını baş verərkən ən çox zərər çəkən Qərbi Azərbaycan ərazisi oldu. Silahlı erməni dəstələri azərbaycanlı əhaliyə qarşı hər cür qətliamlar törətdilər. Bununla da Qərbi Azərbaycanda azərbaycanlı əhalinin birinci köçü başladı. Yəni, soydaşlarımızın ilk qaçqın və məcburi köçkün həyatı 1905-1906-cı illərə aiddir. Təbii ki, 1918-1920-ci illərdə yenidən Qərbi Azərbaycan torpaqlarında türk-müsəlman əhalisinə qarşı ermənilərin növbəti qırğını baş verdi və on minlərlə həmvətənimiz öz torpaqlarını tərk etməyə məcbur edildilər. Onların böyük hissəsi soyqırımına məruz qaldı. Bu da Qərbi azərbaycanlı əhalinin ikinci qaçqın və köçkün həyatı oldu. Üçüncü köçkün həyatı 1948-1953-cü illərə aiddir. Həmin illərdə azərbaycanlı əhali Ermənistan SSR-dən, yəni Qərbi Azərbaycan torpaqlarından çıxarıldılar. Guya, Yaxın Şərq ölkələrində yaşayan ermənilər “ana vətən”ləri ilə qovuşmaq, Ermənistana gəlmək istəyirdilər. Onlar üçün ev və torpağı isə yerli azərbaycanlı əhalini buradan çıxarmaqla əldə etmək mümkündür. Doğrudan da, azərbaycanlı əhali zorla o torpaqlardan çıxarıldı. Əslində, ermənilər heç ora gəlmədilər. Məqsəd azərbaycanlı əhalini çıxarmaq idi və buna da nail olundu. Ən nəhayət, azərbaycanlıların Qərbi Azərbaycandan dördüncü qaçqın həyatı 1988-ci ildən başladı. Qərbi Azərbaycan ərazisi birdəfəlik olaraq ermənilərin əllərinə keçdi. Azərbaycanlı əhali dördüncü dəfə didərgin həyatı yaşamağa məcbur edildi.

– Bir tarixçi kimi necə hesab edirsiniz, bu hadisələr bizə nəyi göstərir?

– Əslində, tarix bizə onu göstərir ki, həm çar Rusiyası, həm də sovet Rusiyası həmişə erməniləri və Ermənistanı müdafiə edib. Azərbaycan torpaqlarının alınıb ermənilərə verilməsində müstəsna rol oynayıb. 1920-1929-cu illərdə Naxçıvanın 9 kəndinin Azərbaycandan alınıb Ermənistana verilməsi ilə muxtar respublika ilə ölkəmizin qərb rayonları arasında quru əlaqəsi kəsildi. Naxçıvan Azərbaycandan ayrı salındı. Bu, sovet dövlətinin siyasəti idi. Həmin siyasət ermənilərə xidmət edirdi. Amma tarix göstərdi ki, ermənilərə kimin yardım etməsindən asılı olmayaraq, haylar heç zaman uğur qazana bilməyiblər. 30 il ərzində torpaqlarımızı işğal altında saxladılar, 1 milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etdilər. Amma 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan darmadağın edildi. Azərbaycan tarixi torpaqlarını düşməndən azad etdi, orada üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı. 2023-cü ilin sentyabrında isə separatçılıq, fitnə-fəsad yuvası olan, əsası 1923-cü ildə qoyulmuş qondarma qurum tarixin arxivinə göndərildi. Bu gün Azərbaycan suveren dövlətdir. Onun ərazisində heç bir “boz zona” – separatçı qüvvə yoxdur. Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərini uğurla davam etdirir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri