Icma.az
close
up
RU
“Qarabağa kitab hədiyyə edək” azad olunmuş ərazilərdəki məktəblərin kitabxanaları zənginləşdirilir

“Qarabağa kitab hədiyyə edək” azad olunmuş ərazilərdəki məktəblərin kitabxanaları zənginləşdirilir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qarabağa kitab hədiyyə edək” layihəsi həyata keçirilib.

525.az xəbər verir ki, layihə işğaldan azad edilmiş ərazilərdəki məktəblər və Qarabağ Universitetinin kitabxanalarının zənginləşdirilməsi məqsədinə xidmət edir.

Layihə çərçivəsində Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Vətən müharibəsi şəhidi Saxavət Abbasovun anası Maisə Abbasova Qarabağ bölgəsinə səfər ediblər.

Nümayəndə heyəti Xocalı şəhəri 1 nömrəli, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli tam orta məktəblərində, həmçinin Qarabağ Universitetində şagird və tələbələrə dünya və yerli müəlliflərin əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Səfər zamanı nümayəndələr bir neçə sinif otağında şagirdlərlə söhbət edib, onların təhsil şəraiti ilə maraqlanıb və xatirə fotoları çəkdiriblər.

Görüşlərdə vurğulanıb ki, layihə Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyət siyasətinin davamı olmaqla, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” Proqramının hədəflərinə uyğun olaraq icra edilir.

Çıxış edənlər bildiriblər ki, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrin ruhunu əks etdirir və Qarabağda gənclərin maariflənməsinə mühüm töhfə verir.

Səfərin yekununda məktəb rəhbərləri və Qarabağ Universitetinin nümayəndələri təşəbbüsə görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, təqdim olunan kitablar regionun təhsil mühitinin inkişafına mühüm töhfə verəcək və gənclərin elmi-mədəni dünyasının formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, səfər zamanı universitet və məktəblərin kitabxanalarına 3 min kitab təqdim edilib (AZƏRTAC).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri