Icma.az
close
up
RU
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib FOTOLAR

“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qarabağa kitab hədiyyə edək” layihəsi həyata keçirilib. Layihə işğaldan azad edilmiş ərazilərdəki məktəblər və Qarabağ Universitetinin kitabxanalarının zənginləşdirilməsinə yönəlib.

"Unikal" xəbər verir ki, layihə çərçivəsində Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Abşeron RİH-in əməkdaşı, Vətən Müharibəsi şəhidi Saxavət Abbasovun anası Maisə Abbasova, RİH könüllüləri, eləcə də vətən müharibəsi iştirakçısı və hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti Qarabağ bölgəsinə səfər edib.

Nümayəndə heyəti Xocalı şəhəri 1 nömrəli, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli tam orta məktəblərində, həmçinin Qarabağ Universitetində olaraq şagird və tələbələrə dünya və yerli müəlliflərin əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Səfər zamanı nümayəndələr bir neçə sinif otağında olaraq şagirdlərlə söhbət edib, onların təhsil şəraiti ilə maraqlanıb və xatirə fotoları çəkdiriblər.

Görüşlərdə çıxış edən G.Rəhimova və S.Orucova vurğulayıblar ki, layihə Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyət siyasətinin davamı olmaqla, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ‘Böyük Qayıdış’ proqramının hədəflərinə tam uyğun icra olunur.

Çıxışlarda həmçinin qeyd edilib ki, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrin ruhunu əks etdirir və Qarabağda gənclərin maariflənməsinə mühüm töhfə verir.

Səfərin sonunda məktəb rəhbərləri və Qarabağ Universitetinin nümayəndələri təşəbbüsə görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, təqdim olunan kitablar regionun təhsil mühitinin inkişafına mühüm töhfə verəcək və gənclərin elmi-mədəni dünyasının formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, səfər zamanı 3 000 kitab sözügedən universitet və məktəblərin kitabxanalarına təqdim edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see233

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see199

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri