Icma.az
close
up
RU
“Qarabağ”a məhz belə məqamlar üçün hücumçu lazım idi” Mircavadov şok məğlubiyyətin günahkarını tapdı

“Qarabağ”a məhz belə məqamlar üçün hücumçu lazım idi” Mircavadov şok məğlubiyyətin günahkarını tapdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Heç şübhəsiz, “Qarabağ”ın “Ayaks”a uduzması bu həftənin ən aktual mövzusudu. Futbol ictimaiyyəti, matçı izləyən yüzminlər – oyunu İTV-nin təkcə “yutub” kanalında 200 mindən çox adam canlı izləyirdi!– hazırda Qurban Qurbanovu və Nəriman Axundzadəni suçlayır. Baş məşqçini yanlış əvəzetmələrdə günahlandıranlar gənc hücumçunun da komandanı gücləndirmək əvəzinə zəiflətməsindən gileylənir. Təbii ki, sırf bu yöndə səslənə iradları haqlı saymaq olar. “Köhlən atlar”ın ilk qolunun müəllifi Kamilo Duran meydanı tərk etmək istəmirdi. Bunu onun təkcə qollarındakı bağcıqları yerə çırpmasından hiss etmək mümkün idi. Hələ onu demirik ki, sifəti zəhər tuluğuna çevrilmişdi... Elə Leandro Andradenin də daha bir neçə dəqiqə top qovmaq imkanının olduğu göz önündəydi. Təəssüf ki, xüsusən Aleksey Kaşukla Nəriman bu oyunda ümidləri doğrultmadı. Hətta Axundzadənin ayağı top tutmurdu desək, yanılmarıq. İzləyənlər gördü ki, Nəriman azı iki dəfə ona edilən ötürməni qəbul etməkdə çətinlik çəkdi. Daha doğrusu, topu dabanıyla özündən uzaqlaşdırdı.
Bəs “Qarabağ” həqiqətən məğlubiyyətə layiq idi? Qurban bəylə Nəriman bu tənqidləri haqq edirmi? Baş məşqçinin əvəzetmələrini necə əsaslandırmaq olar? Axı hazırda, demək olar ki, birmənalı fikir matçı məhz baş məşqçinin uduzmasıdı...
“Futbol+”in suallarını təcrübəsinə şəkk etmədiyimiz Ağasəlim Mircavadov cavabladı: “Qarabağ”ın bütün gücünü meydanda qoyduğuna şübhə yoxdu. Oyuna necə hazırlaşmışdılarsa, elə də oynadılar. Xatırlamıram ki, “Qarabağ” hansısa oyunda bu qədər qol vəziyyəti yaratsın. Birinci hissədə o qədər real qol fürsəti var idi ki... Təəssüf ki, “Qarabağ”da konkret hücum xətti yoxdu. Belədə Avropada uğur qazanmaq da yetərincə çətinləşir. “Qarabağ”a məhz belə məqamlar üçün hücumçu lazım idi. Orta xəttin yüksək keyfiyyətdə olması həmişə komandanın xeyrinə işləmir. İş ondadı ki, “Qarabağ”ın müdafiəçiləri belə hücumameyillidi. Sistem belədi. Hər şey baş məşqçidən asılıdı. Məncə, hesab 2:1 olanda müdafiə olunmaq yanlış addım sayılacaqdı. Bu komanda müdafiə olunmağı bacarmır... Həmçinin “Qarabağ” bütün qolları öz səhvi ucbatından buraxdı. Ardıcıl qol fürsətlərini əldən buraxmaq lazım deyildi... Ancaq həm də çempionatımızın səviyyəsini nəzərə almalıyıq. “Qarabağ” bu səhvləri premyer-liqada da edir. Sadəcə, rəqiblər bundan faydalana bilmir. Avropada isə səni bağışlamırlar. Əvəzetmələrə gəlincə, Qurban Qurbanov bu işləri çox görüb. Təəssüf ki, bu dəfə futbolçular oyun ritminə uyğunlaşa bilmədi. Daha diqqətli olmalıydılar. Və “Qarabağ”, təbii ki, tənqid olunmalıdı. Lakin söhbət tutarlı, düzgün tənqiddən gedir. Onu da deyim ki, ölkədə “Qarabağ”a təzyiq azdı. Premyer-liqadakı rəqiblər bu komandaya qarşı yaxşı çıxış edə bilmirlər. Bütün bu məqamların Avropa oyunlarında payı olur”.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri