Icma.az
close
up
RU
“Qarabağ”da daha bir itki

“Qarabağ”da daha bir itki

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah “Elfsborq”un (İsveç) qonağı olacaq “Qarabağ” daha bir itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müdafiəçi Bəhlul Mustafazadə məşq zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Daha əvvəl isə “Qarabağ”ın digər mərkəz müdafiəçisi Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin oyunu buraxacağı məlum idi.

Qeyd edək ki,  “Elfsborq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri