Qarabağda Ermənistanın yaratdığı cinayətkar birliklərlə bağlı sənədlər açıqlandı SİYAHI
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Qarabağda yaratdığ cinyətkar birliklərin siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev sənədlər təqdim ediblər.
Onlar Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri təqdim ediblər.
Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət bildirməsi, qeyd olunan qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmələrin fəaliyyətində iştirakı, Ermənistanda və Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar ideologiyaları barədə suallar verilib.
Təqsirləndirilən şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o cümlədən bu gün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.
