Icma.az
close
up
RU
Diplomatlar Qarabağda: “Bu 30 ildə Ermənistanın dağıdıcı...”

Diplomatlar Qarabağda: “Bu 30 ildə Ermənistanın dağıdıcı...”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Torpaq kimə məxsusdur, kimin həqiqətən ora hüquqla yanaşı mənəvi haqqı çatır, həmçinin dədə-babalarımızın yaşayıb-yaratdığı torpaqlarımıza necə münasibət göstərmək lazımdır biz məhz dünyaya onu göstəririk. 

Bu, dünyaya əsl mənəviyyat dərsidir. Azərbaycanın bərpa və quruculuq sahəsində əldə etdiyi uğurlar, beynəlxalq ictimaiyyətə məhz diplomatların öz müşahidələri vasitəsilə çatdırılır".

"Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrupun Qarabağa səfəri barədə danışarkən deyib. O qeyd edib ki, bu, təkcə sosial-iqtisadi deyil, həm də siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır:

"Ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağa səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər, onların bərpa və quruculuq işlərini öz gözləri ilə görməsi baxımından önəmlidir.

Eyni zamanda Azərbaycanın bu işləri nə qədər sürətli, intensiv və öz resursları hesabına həyata keçirdiyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühümdür.

Bu həm də bir növ Ermənistanın 30 il davam edən təcavüzü və işğalçılıq siyasətinin bölgəmizə vurduğu ziyanın miqyasını və bu torpaqların necə yenidən dirçəldiyini göstərmək baxımından önəmlidir".

Tural Gəncəliyev səfər çərçivəsində bir sıra önəmli məqamların olduğuna da diqqət çəkib:

"Önəmli məqamlardan biri də Fransanın Azərbaycandakı səfirinin ilk dəfə Şuşaya səfər etməsidir. O, diplomatik korpusun digər nümayəndələri ilə birlikdə bu tarixi şəhəri ziyarət edib və səfərdən məmnunluğunu ifadə edib. 

Bu fakt, Azərbaycanın yaratdığı yeni reallığın artıq münaqişə dövründə və postmünaqişə mərhələsində ölkəmizə qarşı sərt mövqe nümayiş etdirən Fransanın belə qəbul etməsinin bariz göstəricisidir.

Eyni zamanda bu səfər, Azərbaycanın öz gücü və daxili resursları hesabına bölgədə nə qədər möhtəşəm işlər gördüyünü nümayiş etdirir".O qeyd edib ki, ölkəmiz heç kimdən bir qəpik maliyyə vəsaiti tələb etmədən torpaqlarımızı bərpa edirik:

"Xatırladım ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ darmadağın olmuş Avropanı bərpasına dair bir marşal planı hazırlamışdı. Bu məqsədlə ABŞ dövlət büdcəsindən Avropanı bərpasına külli miqdarda vəsait ayırmışdı. Bir müddətdən sonra Avropa ölkələrinin ABŞ-dən maliyyə asılılığı yarandı, bu isə sonda avropalıların ABŞ-nin siyasi hegemonluğunu qəbul etməsi ilə nəticələndi.

Amma biz bu gün nəyi görürük, ölkəmiz heç kimdən bir qəpik maliyyə vəsaiti tələb etmədən torpaqlarımızı özümüz bərpa edirik. Maraqlıdır ki, bu günlərdə torpaqlarımızın bərpə və quruculuğunu beynəlxalq diplomatlara göstərməklə yanaşı, digər bir məsələ Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan” məhəlləsinin açılmasıdır.

Bütün bunların hamısının böyük siyasi, iqtisadi, geosiyasi məqamları ilə yanaşı həm də bir emosional, duyğusal, semantik dəyərləri də vardır və bunu diplomatlar, beynəlxalq ictimaiyyətin nümayənləri öz gözləri ilə görürlər".

Deputat vurğulayıb ki, Azərbaycanın həqiqətən də qurucu, yaradıcı bir ölkə olması bir daha öz təsdiqini tapır:

"Bu 30 ildə Ermənistanın dağıdıcı siyasəti onsuz da hamıya bəlli idi. Bu müddət ərzində Ermənistan nəinki bu torpaqlarda inkişafı təmin etməyib, əksinə hər şeyi dağıdıb, daş üstündə daş qoymayıb, infrastrukturu tamamilə məhv edib. Quruculuq və bərpa proseslərinin xarici diplomatlara nümayiş etdirilməsi, Azərbaycanın yaradıcı və qurucu bir ölkə olduğunu təsdiqləyir". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Diplomatlar Qarabağ Ermənistan Tural Gəncəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri