Icma.az
close
up
RU
Qarabağda izim qaldımı?!

Qarabağda izim qaldımı?!

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Dünya bir pəncərədir,
Hər gələn baxar, gedər...

Hara gedər, atam balası, hara gedər? İnsan bu dünyanın əzəlliyini özündən, gözəlliyini gözündən keçirməmiş hara gedər?! İnsanın bu torpağın üstündə iməkləməyi, bu torpağa dirsəklənib ayağa qalxmağı, addımlamağı, zümrüd meşələri seyr etməyi, uca dağlara söykənib çölün-düzün təmiz havasını ciyərdolusu içərisinə çəkməyi var. İnsan oğlu bu dünyanı dərk etməmiş, bu dünyanın iç üzünə bələd olmamış, bu dünyanın astarını üzünə çevirməmiş hara gedər? Dünyanın vərdişi də, gərdişi də insanın içindən keçir - dünya elə insanın özüdür... İnsan öz ömrünü mənalı yaşayanda gözəl olur. Bunu mən 70 yaşını qeyd etməyə hazırlaşdığımız dostum-qardaşım, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülən Salman Alıoğlunun ömrünün görünən və yaşanan anlarının qısa xronikasına diqqət yetirəndə bir daha şahidi oldum. Şahidi oldum ki, əsl insan dünəni ilə fəxr etməli, bu gününü şərəflə yaşamalı, sabahını düşünməlidir...

...Salman müəllimin baxdığı bu pəncərənin şüşələri adi şüşə deyil və adi olmadığı üçün adi zərbələrdən də dağılan deyil. Ona görə ki, o, vicdanının gözü ilə bu pəncərədən baxır. O, pəncərənin şüşəsi haqdan, ədalətdən, insanlıqdan yapılmışdır. Adını unutduğum yaradıcı şəxslərdən birinin dediyi kimi, haqqın, ədalətin, vicdanın yaşa dəxli yoxdur. Vicdan ölmür ki, haqq-ədalət korşalmır ki, insanlıq dəbdən düşmür ki... Adətən, hər hansı bir şəxs haqqında yazı hazırlanarkən onun tərcümeyi-halı barədə məlumat verilir. Mən də bu "klassik" metoddan istifadə edərək əsərimin qəhrəmanını oxucularımızla, qısa da olsa, tanış etmək istəyirəm.

Babayev Salman Alı oğlu (Salman Alıoğlu) 1 sentyabr 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Əliağalı kənd orta məktəbini, sonra isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ağdam rayon "Lenin yolu" qəzetində ədəbi işçi vəzifəsində işləyib. 1990-cı ildə "Qarabağ" qəzetində publisistika şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin orqanı olan "Respublika" qəzetində jurnalist fəaliyyətini davam etdirib. 1996-cı ildə "Respublika" qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri təyin olunub və uzun illər həmin vəzifədə çalışıb.

1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1971-ci ildən dövrü mətbuatda çıxış edir. Salman müəllimin indiyə kimi 5 mindən artıq məqaləsi 25 adda qəzet və jurnallarda dərc edilib. O, jurnalist fəaliyyəti ilə yanaşı, bədii-publisistik yaradıcılıqla da məşğul olur. İndiyədək Qarabağ mövzusunda və müharbə faciələrinə həsr olunan "Müharibə", "Ayrılıq olmayaydı", "Bura Vətəndir", "Göz yaşı qurumur", "Yeri görünən insan", "Gözü yolda qalan var" adlı 6 kitabı nəşr edilib. "Müharibə" kitabı 1995-ci ildə bu mövzuda yazılmış əsərlərin müsabiqəsində ikinci yerə layiq görülüb. Prezident İlham Əliyevin bu il media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamı ilə Salman Alıoğlu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Həm publisistika, həm də bədii yaradıcılıqla məşğul olan Salman müəllim əsərlərində yaxşılığından qalmayan, ürəklərdə gələcəyə inam toxumunu cücərdən, haqq-say itirməyən, bütöv həyatını vətəninin inkişafına həsr edən insanlara xüsusi önəm verir. Müəllif həmişə yuxarıya baxıb fikir edənlərlə deyil, aşağıya baxıb şükür edənlərlə, aş yoldaşı yox, baş yoldaşı olanlarla həmrəy olub. Yazıçı-publisist Salman Alıoğlunun yaradıcılığında Qarabağın işğalı, qədim yurd yerlərindən didərgin düşən insanların taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların üzləşdiyi haqsızlıq və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayı və tarixi Qələbə geniş təsvir olunub. Bunu müəllifin stolumun üstündə olan "Gözü yolda qalan var" (Bakı, "Maarif", 2019) kitabında çap olunan publisistik məqalələrin sərlövhələrində də görmək mümkündür - "Qarabağın göz yaşları", "Xocalı strateji hədəf kimi", "Xocalı faciəsinə gedən yol", "Qaradağlı faciəsi: unudulmayan kədər", "Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam", "Deportasiya, qaçqınlıq, məcburi köçkünlük", "Füzuli - qələbəyə aparan yol", "Laçın - qeyrət qalamız" və s. Hər sözünün, hər bir kəlməsinin əvvəli də, axırı da Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın işğaldan azad edilməsi olan Salman müəllim 30 ildir haray çəkirdi, dünya ictimaiyyətinə çatdırmaq istəyirdi ki, Ermənistan ordusu Azərbaycanın 20 faiz torpağını işğal edib, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalçı ordusu Azərbaycanda soyqırımı törədib. Soyqırımı Azərbaycan xalqına ölçüyəgəlməz dərəcədə siyasi, maddi və mənəvi zərbələr vurub. XX əsrdə azərbaycanlılara qarşı terror aktları, deportasiya, soyqırımı, qətllər, qarətlər dünya ictimaiyyətinin gözləri qarşısında baş verib.

Salman müəllimin dedikləri intiqam üçün deyil, yaddaş üçündür. Müəllifin yazdıqları laxtalanmış yaddaşların durulması üçündür, donmuş hafizələrin itilənməsi üçündür. Tarixinə və taleyinə yadellilər, işğalçılar, daşnaklar, separatçılar tərəfindən ağır zərbələr vurulan xalqımız heç zaman davranışını, qayğıkeşliyini, insanlığını, mərhəmətini itirməyib, qisasçılıqdan, etnik nifrətdən, kin-küdurətdən həmişə uzaq olub. Çox təəssüf ki, vaxtilə torpaqlarımıza köçürülən şovinist ermənilər bütün bu insani keyfiyyətlərdən məhrum olublar, azərbaycanlılara qarşı terroru, təxribatı, işğalı, soyqırımını iki əsrdən çoxdur ki, davam etdirirdilər. Düşməni dayandırmaq lazım idi, azğınlaşan haylara zərbə vurulmalıydı, onların kirli və məkrli niyyəti, "miatsum" xəyalları, çirkin xülyaları məhv edilməliydi. Şəhidlərimizin qisası alınmalıydı, onların qanı yerdə qalmamalıydı. Azərbaycan tarixində belə sərrast, cəsarətli, düşünülmüş, hünərli, cəsur bir addımı Prezident İlham Əliyev atdı və bu addım qələbələrin zirvəsini təşkil etdi. Azərbaycanın II Qarabağ müharibəsində qazandığı şanlı qələbə Ermənistanda, bütün erməni cəmiyyətində, hayların diaspor və lobbiçilərində, bir sözlə, ermənipərəst qüvvələrdə ağılları başdan çıxaran təlatüm yaratdı, bir vaxtlar "miatsum" qışqıran kütlə komaya düşdü.

Yazıçı-publisist S.Alıoğlunun sözünün canı budur ki, kişinin birinci vəzifəsi vətənini qorumaqdır. İnsan ləyaqətini, şərəfini və namusunu ifadə edən keyfiyyətlər içərisində Vətən sevgisi xüsusi yer tutur. Hər bir şəxs çalışmalıdır ki, həm özü, həm də övladı hansı peşəni seçməyindən, harada, hansı vəzifədə işləməyindən asılı olmayaraq, həm fiziki, həm də mənəvi cəhətdən vətənini qorumağa qadir olsun və onların qəlbində vətənpərvərlik dərin kök salsın. S.Alıoğlunun əsərlərini oxuyanda bir daha əmin olursan ki, hər bir kəs vətəninə yaxşı övlad olmalıdır. Yaxşı övladlar yalnız əslinə-nəcabətinə deyil, bütün xalqa məxsusdur. Əlinə yox, dilinə güc verənlər, söz verib dilindən asılı qalanlar, çaxırı içib paxırı açanlar, hamını öz arşını ilə ölçənlər, dadandığı yerin dadını qaçıranlar, yuxa qulağı sulayanlar, bir budaqda oturub min budağı silkələyənlər S.Alıoğlunun əsərlərinin gülüş hədəfidir. Onun əsərlərinin qəhrəmanları vətənpərvər, səxavətli, alicənab, rəhmdil adamlardır. Bu qəhrəmanlar həyatdan əli üzənlərin, ümidi havadan asılı qalanların, sabaha inamı öləziyən insanların qəlbində ümid toxumunu cücərdir, onların gələcəyə inamlarını ovxarlayırlar. Bəşəriyyətə xidmət, cəmiyyətin inkişafına dəstək müəllifin həm şəxsi həyatını, həm də yaradıcılığını rövnəqləndirən ən ali prinsipdir. Vətəninə, el-obasına qəlbən bağlı olan müəllifin əsərlərinin qəhrəmanlarında vətəndaşlıq hissi daha güclüdür. Bu qəhrəmanlar ana yurdun daşını-kəsəyini, adi qanqal özəyini, tozunu-torpağını, hər saralmış yarpağını hər şeydən üstün tuturlar. Dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə ehtiram S.Alıoğlunun oxuculara aşıladığı, tövsiyə etdiyi yüksək hisslərdir. Sevindirici haldır ki, Salman Alıoğlunun mövzu, məzmun, mündəricə, hadisələrə yanaşma tərzi ilə seçilən əsərlərində Qarabağ ruhu, Qarabağın ab-havası qırmızı xətt kimi özünü bariz şəkildə göstərir. Salman müəllimin yaradıcılığına hansı prizmadan yanaşırsan yanaş, fərq eləmir, tanıyanların və oxucularının gözləri qarşısında möhtəşəmliyi ilə seçilən bütöv bir kişi, kamil bir yazıçı ömrü canlanır. Dostum Salman Alıoğlu hərdən özünə sual verir: görəsən, Qarabağda izim qaldımı?! Onu tanıyanlar isə cəsarətlə deyirlər, bəli, o torpaqlarda izin qalıb. Bu gün Qarabağın sevincini yaşayan, tez-tez doğulduğu Ağdama, Kolanı obalarına səfər edən, ata yurdunda ocaq yandıran Salman müəllimin 70 yaşı tamam olur. Azad Qarabağda görüşmək arzusu ilə onu səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları diləyirəm.

Faiq ŞÜKÜRBƏYLİ,
Filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri