Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Sağlam, güclü və innovativ gələcəyə doğru

Sağlam, güclü və innovativ gələcəyə doğru

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan gəncləri və idmançılarının cari ildə iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlarda qazandıqları uğurlar, eləcə də müxtəlif federasiya və idman təşkilatlarında baş tutuan dəyişikliklərlə  bağlı fikirlərini bölüşüb. Nazirin ölkə gənclərinə və idmançılarına ünvanlanan düşüncələrini oxucularımıza təqdim edirik.
Əziz gənclər və idmançılar!

Bu gün 50-ci Nöqteyi-Nəzərimi sizinlə bölüşürəm. Nəhayət, ölkəmiz üçün əlamətdar hadisəyə çevrilən III MDB Oyunlarını #birkimibirlikdə uğurla başa vurduq. İstər Oyunların təşkilatçılığı, istərsə də idmançılarımızın uğurlu çıxışları idman tariximizdə parlaq səhifə açdı. Azərbaycan ilk dəfə olaraq multi-idman yarışlarını – III MDB Oyunlarını paytaxtda deyil, müxtəlif 7 şəhərdə keçirdi. Bu Oyunlarda ölkəmizi 23 idman növünün hamısında təmsil edən idmançılarımız bayrağımızı 184 dəfə yüksəltdi, himnimizi 33 dəfə səsləndirdilər. Ümumi komanda hesabında ilk dəfə olaraq Azərbaycan ikinci yeri tutdu. Bu münasibətlə idmançılarımızı, Oyunların təşkilində əməyi olan hər kəsi, Təşkilat Komitəsini, Əməliyyat Komitəsini, eləcə də idmançılarımıza dəstək olan azarkeşləri təbrik edirəm.

Oktyabrda Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 9-cu iclasında iştirak etdik. Tədbir çərçivəsində gənclərlə iş və idman sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin davamı və yeni təşəbbüsləri ilə bağlı müzakirələr apardıq. Bildiyiniz kimi, Parisdə keçirilən UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasında sədr seçildim. Bu etimad ölkəmizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət nəticəsində Azərbaycanın ilbəil artan nüfuzu və qüdrətinin növbəti göstəricisidir. Təsadüfi deyil ki, dünya arenasında Azərbaycanın qazandığı uğurlar və ölkəmizin beynəlxalq qurumlarda aktivliyi dövlətimizin etibarlı imicinin formalaşmasında xüsusi rol oynayır. İran İslam Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Möctəba Dəmirçilu ilə də görüşümüz oldu. Qonşu ölkə ilə gənclər və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi apardıq. 

Regionlarda vətəndaş qəbulu çərçivəsində bu dəfə Kürdəmir, Zərdab və Ucar sakinlərini qəbul etdik. Beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə də növbəti dəfə görüşdük. Onların yarış təəssüratlarını dinlədik, gələcək planları və qarşıdakı yarışlara hazırlıq prosesi barədə fikir mübadiləsi apardıq. Daha bir görüşümüz Azərbaycan Üzgüçülük Federasiyasında oldu. Federasiya rəhbərliyi ilə, eləcə də su polosu, üzgüçülük, bədii üzgüçülük və suya tullanma üzrə Azərbaycan milli komandasının baş məşqçiləri ilə bu idman növlərinin inkişafına dair müzakirələrimiz oldu.

Bakıda və bölgələrimizdə idman infrastrukturunun möhkəmləndirilməsi işləri də davam etdirilir. Daha bir Cüdo Təlim Mərkəzi Şabranda fəaliyyətə başladı. Həmçinin Yeni Ramana qəsəbəsində “Arzuman” MMA-Fitnes özəl zalı da istifadəyə verildi. Bu kimi addımlar ölkədə sağlam həyat tərzinin və gənc nəslin idmana cəlb edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

İdman təşkilatlarının fəaliyyətində təkmilləşmə prosesi də davam edir. “İdman veteranları” İctimai Birliyinin ümumi yığıncağında qurumun yeni rəhbərliyi və idarə heyəti formalaşdı. Həmçinin Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransında səsvermə yolu ilə İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdi. Yeniliklərin hər iki qurumun fəaliyyətində faydalı olacağına inanıram.

Ölkəmiz ilk dəfə olaraq, daha bir nüfuzlu yarışa – qol güləşi üzrə dünya çempionatına ev sahibliyi etdi. Dörd gün müxtəlif yaş kateqoriyalarında davam edən yarışlarda 30 ölkədən 400-dən çox idmançı mübarizə apardı. Qarşıdakı illərdə ölkəmizdə təşkil ediləcək nüfuzlu beynəlxalq yarışların sayı da daim artmaqdadır. FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcək. Daha bir yarış isə triatlon həvəskarlarını sevindirəcək. Gələn il sentyabrın 5-6-da Bakıda ilk dəfə olaraq “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 kilometr qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq.

Oktyabrda bizi sevindirən qələbələrdən biri də, idman filmimizin uğuru oldu. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Arzunun ardınca” filmi İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-in “Documentary – Individual Sport” kateqoriyasında qalib gəldi. Filmin rejissoru Arzu Urşanı və filmin qəhrəmanı alpinistimiz Elmira Aslanovanı bu uğur münasibətilə təbrik edirəm.

“Be Active” devizi altında Avropa İdman Həftəsini bu dəfə Şəki Olimpiya İdman Kompleksində təşkil etdik. Müxtəlif yaş qruplarından olan iştirakçıların qatıldığı Avropa İdman Həftəsində Şəki-Zaqatala və Dağlıq Şirvan regionlarını təmsil edən şəhər və rayon komandaları mübarizə apardılar. Dövlət qurumlarının əməkdaşları arasında ənənəvi idman yarışlarımız da mütəmadi olaraq davam edir. Yeri gəlmişkən, ölkəmizi II Dünya Korporativ Oyunlarında məhz bu yarışlarda uğurla çıxış edən Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi və SOCAR əməkdaşları ölkəmizi layiqincə təmsil etdilər. Qarşıda bizi daha bir irimiqyaslı multi idman yarışı – VI İslam Həmrəyliyi Oyunları gözləyir. Bu günlərdə federasiyalarla birlikdə idmançılarımızın yarışlara hazırlıq prosesini və digər təşkilati məsələləri müzakirə etdik. İdmançılarımıza bu Oyunlarda uğurlar arzulayıram və inanıram ki, onlar Vətənə qələbə ilə dönəcəklər. 

Oktyabr ayında gənclər siyasəti və beynəlxalq əməkdaşlıq istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Ənənəvi olaraq ölkəmizdə təşkil olunan “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə start verildi və seçilmiş gənclər beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını inkişaf etdirdilər. 

Nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə də görüşümüz oldu. Gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onların iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi apardıq. Gənclərin beynəlxalq platformalarda əldə etdikləri bilik və təcrübələr gələcəkdə onların həm fərdi inkişaflarına, həm də ölkəmizin gənclər siyasətinin daha da güclənməsinə mühüm töhfə verəcək. 

Qeyd edim ki, ötən ay ərzində gənclərimizin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək olmuşuq. Onlar ölkəmizi Avstraliyada keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində, Türkiyədə “Türkiyə–Azərbaycan Mütəxəssis Mübadilə Proqramı” çərçivəsində gənclər siyasəti və innovativ layihələr sahəsində təcrübə mübadiləsində, İndoneziyada keçirilən “Asiya–Afrika Gənclər Forumu 2025”də, Mərakeşdə təşkil olunan “Gənclər siyasəti haqqında qanunvericilik: çoxtərəfli yanaşma” və “Könüllülük: reallıq və perspektivlər” mövzusunda təlim sessiyalarında, həmçinin, Mərakeşin Kasablanka, Agadir və Rabat şəhərlərində, Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərində gənclər mübadiləsi proqramlarında təmsil ediblər. Bu tədbirlər Azərbaycan gənclərinin beynəlxalq arenadakı fəallığını, bilik və elmi-intellektual potensialını bir daha nümayiş etdirib.

Gənclərlə daha bir görüşümüz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı çərçivəsində dinləyici-tələbələr üçün xüsusi dərs günündə oldu. Tədbirin qonaq spikeri olaraq müxtəlif mövzulara toxunduq. İnteraktiv formatda keçirilən görüşdə tələbələrin suallarını cavablandırdıq. Ümid edirəm ki, görüş tələbələr üçün də faydalı olacaq. İnanıram ki, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının Bakı Gənclər Mərkəzində fəaliyyətə başlaması da gənclərimiz üçün yeni imkanlar yaradacaq.

Oktyabr ayında gənclərin iştirakı ilə müxtəlif istiqamətli düşərgələr də həyata keçirildi. Qubada “Birlikdə gələcəyə” və “Fərqlilikdə güc” adlı inklüziv düşərgələr, “NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsi, Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş 23-cü “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi, eləcə də Göygöldə “Hüquq və Suverenlik” düşərgəsi baş tutdu. “GİNius tələbə-gənclər kuboku 2025” layihəsi çərçivəsində keçirdiyimiz “Fibonacci” intellektual-əyləncəli oyunu gənclər arasında böyük maraqla qarşılanır. Bu cür layihələr gənclərin həm sosial, həm də intellektual inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Ötən ayın uğurları bir daha sübut etdi ki, Azərbaycan gəncliyi və idmanı doğru strategiyanın izi ilə irəliləyir. Fəaliyyət və təşəbbüslər isə vahid məqsədə – sağlam, güclü və innovativ gələcəyə xidmət edir. 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri