Icma.az
close
up
RU
Qarabağda torpaqlar icarəyə veriləcək

Qarabağda torpaqlar icarəyə veriləcək

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaq icarəsi haqqında” yenilənmiş qanunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı təyinatlı torpaqların müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun həyata keçirdiyi investisiya müsabiqələri vasitəsilə sahibkarlıq subyektlərinə icarəyə veriləcəyi öz ifadəsini tapıb.

Xatırladaq ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmanla “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları” müəyyənləşdirilib.

Fərmana əsasən, Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və güzəştin həcmini 3 ay müddətində təsdiqləyib bu barədə ölkə Prezidentinə məlumat verməli, kəndli-fermerlərin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təminatını gerçəkləşdirməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə aqrar təyinatlı torpaqların icarəyə verilməsinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə təşkili üçün tədbirlər görməli, sakinlərin məhsul istehsalı və emalı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə onların təlim keçmələrini reallaşdırmalıdır.

İqtisadiyyat Nazirliyi işğalçıdan geri alınan ərazilər üzrə təklif daxil olduğu tarixdən 2 ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında torpaqların müəyyənləşdirilməsini və 5 hektardan az olmayan konturlara (parsellərə) bölünməklə kompleks yerquruluşu layihələrinin hazırlanmasını təmin etməli, icarəyə verilmiş torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla nəzərdə tutulan müddətdə və qaydada gerçəkləşdirməlidir.

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq üç ay müddətində torpaqlarda yol-nəqliyyat infrastrukturunun qurulmasını həyata keçirməli, “Azərişıq” ASC bu dövr ərzində torpaqları elektrik təchizatı şəbəkəsi ilə təmin etməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir il müddətində ərazilərin suya ehtiyacını ödəməli, Maliyyə Nazirliyi müəyyən zəruri maliyyələşməni reallaşdırmalı, eləcə də tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərə tutulması üçün tədbirlər görməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri