Icma.az
close
up
RU
Qarabağda Türmənistan izi: Səfərdən gözləntilər

Qarabağda Türmənistan izi: Səfərdən gözləntilər

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və eləcə də ölkəmizin ayrılmaz hissəsi olan Qarabağı ziyarət etməsi dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə səmimi dostluq mühitində keçirilən görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə deputat Vüqar Bayramov çıxış edib. O əlavə edib ki, Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. Pandemiyadan sonrakı dövrdə tərəflər arasında ticarət dövriyyəsində ciddi artımlar qeydə alınıb:

“Doğrudur, 2024-cü ildə enerji qiymətləri və həcmi səbəbindən ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən azalması qeydə alınsa da ötən il dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb. Belə ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar və nəhayət 2024-ci ildə 383.7 milyon dollar olub.

2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. 2024-cü ildə isə həmin regionda 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var.

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfərləri isə Türkmənistanın Qarabağ iqtisadiyyatının yenidən formalaşmasında və inkişafında yaxından iştirak etmək istəyindən də xəbər verir. Bütövlükdə, son səfər iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək”.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri