Icma.az
close
up
RU
Bu səfərdən gözləntilər nələrdir?

Bu səfərdən gözləntilər nələrdir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinin dəvəti ilə bu gün Çinə işgüzar səfərə gedib.

Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin hökumətinin yüksək vəzifəli nümayəndələri qarşılayıblar.

Bəs bu səfərdən Azərbaycan üçün gözləntilər nələrdir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, səfər olduqca ciddi əhəmiyyət daşıyır. O qeyd edib ki, səfərdən Zəngəzur dəhlizi ilə bağlı real addımlar gözlənilir:

“İndiki məqamda bu, çox ciddi bir səfərdir. Ən azından ona görə ki, Rusiya Prezidenti Vladimir Putin də iştirak edəcək. Burada bəzi bir-birinə zidd mövqedə olan Şərq ölkələri də təmsil olunacaq. Mənə elə gəlir ki, proses bizi çox mühüm nəticələrin əldə olunacağı müzakirə masasına aparır. 

Ermənistan rəhbərinin də iştirak edəcəyi gözlənilir. Hər halda, Zəngəzur dəhlizi ilə bağlı real addımın atılması mümkündür. Çünki bu yol Çindən başlayaraq Londona qədər uzanmalıdır və buna uyğun qərar qəbul edilə bilər".

Əziz Əlibəyli vurğulayıb ki, görüşün çox ciddi nəticələr verəcəyi gözlənilir:

"Rusiya və Azərbaycan rəhbərlərinin görüşü də istisna olunmur. Ümumilikdə, BRİKS ölkələrinin liderlərinin də Rusiya-Ukrayna müharibəsi kontekstində yekun mövqe müəyyənləşdirməyə ehtiyacı var. Eyni zamanda, Hindistanın başına nə oyun gələcək bu da çox maraqlıdır.

Çünki ABŞ-nin sanksiyalarına görə Hindistan Rusiyadan neft idxalını azaldıb. Bu taleyi digər ölkələrin də yaşaması mümkündür, amma birlikdə adekvat cavab da vermək zərurəti yaranır. Hər halda çox ciddi bir görüş və nəticələr gözlənilir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev Si Cinpin Əziz Əlibəyli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri