Sovet repressiyasının əhatə dairəsi ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Mediadan oxuyuram ki, Macarıstan kommunist dövrünün sənədlərini ictimaiyyətə açıqlayacaq. Bu barədə həmin ölkənin baş naziri Peter Magyar “Facebook” səhifəsində məlumat verib.
Qeyd edək ki, totalitar sovet rejimi ittifaq miqyasında olduğu kimi, Şərqi Avropada da qətllərə, repressiv addımlara əl atmışdı. 1956-cı ildə Macarıstanda böyük əhali kütləsi sovet rejiminin ədalətsizliyinə qarşı çıxaraq qiyam qaldırmışdı. Həmin vaxt SSRİ rəhbərliyi üsyanı yatırmaq məqsədilə Budapeştə ordu yeridir. Dəhşətli qırğınlar hesabına, əhalidən 2500, sovet ordusundan isə 700 nəfər itki hesabına üsyan yatırılır. Macar qiyamı yatırılsa da, repressiv addımlar davam edir. Məhz tarixin qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Macarıstan iqtidarı arxivlərini ictimaiyyətə açıqlayıq.
1956-cı il Macarıstan qiyamı və əhaliyə qarşı amansız münasibət, repressiv siyasət totalitar rejimin mahiyyətini göstərdi. Oxşar repressiv siyasətdən 70 illik sovetlər birliyi dönəmində xalqımız da əziyyət çəkib. Əhalimizin genefonduna birbaşa zərbə olan repressiya tarixini müəyyən qədər də olsa, araşdırmışam. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin layihəsi çərçivəsində müəllifi olduğum “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın çap olunub.
Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan məhrum etmək deməkdir. Əslində repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında və ittifaqın təsir dairəsində olan Şərqi Avropada oxşar və fərqli formada aparılırdı. Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialını bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.
Amma o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də, hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur. Uzun illər davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur.
Əkrəm Bəydəmirli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 03 Noyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















