Icma.az
close
up
RU
“Qarabağ”dan dörd turun qazancı İdman və Biz

“Qarabağ”dan dörd turun qazancı İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Avropa Liqasında çıxış edən “Qarabağ" bu gün Liqa mərhələsinin IV turunun “Bodo Qlimt”lə matçına çıxacaq.

İdman.biz təmsilçimizin avrokubokların əsas mərhələlərindəki ilk 4 turdakı nəticələrini nəzərdən keçirir.

Cari mövsümədək 10 dəfə əsas raunda yüksələn Qurban Qurbanovun yetirmələri buna ardıcıl son 10 ildə nail olub. Ağdam klubu 1 dəfə Çempionlar Liqası, 8 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqasında qrup mərhələsində mübarizə aparıb.

Həmin 10 cəhdin hamısında mərhələ 6 turdan ibarət olub. 4-cü oyun artıq II dövrənin ilk turu çərçivəsində baş tutub. Bu dəfə isə “Qarabağ” bu gün Norveçdə “ekvator”a çatacaq.

Məğlubedilməz

“Qarabağ” yalnız bir dəfə ilk 4 turu məğlubiyyətsiz keçib. Həmin vaxt müvafiq dövr üçün rekord sayda – 10 xal əldə edilib. Bunun komandanın daha aşağı hesab olunan Konfrans Liqasında çıxışı ilə də bağlamaq olar. 8 qol vuran və 3 qələbə qazanan “Qarabağ” bu iki göstəricidə də ən yaxşı nəticəsini məhz 2021/22 mövsümündə reallaşdırıb.

Maksimum - “7”

Avropa Liqasının ilk 4 turu üçün rekord xal isə 7-yə bərabərdir. “Qarabağ” buna iki dəfə imza atıb. 2016/17 və 2022/23 mövsümlərində dörd oyunda cəmi bir dəfə uduzan komanda iki qələbə qazanmasına sevinib. İki il əvvəl top fərqi də müsbət olub. Bu, Avropa Liqasının dördturluq bölümü üçün yeganə belə hadisədir. Top fərqində Konfrans Liqasındakı rekordu təkrarlayan “Qarabağ” 2022/23 mövsümünün startdakı 4 turunda cəmi 2 top buraxıb.

Antirekordun astanasında

Digər mövsümlərə göz gəzdirsək, bir dəfə 6, üç dfə 4, bir dəfə üç xal əldə olunub. Hər dəfə də heç olmasa, bir qələbə qeydə alınıb. Yalnız iki dəfə 4 qələbəsiz oyun üzücü olub. Bunlardan biri Çempionlar Liqasındakı tarixi çıxış zamanı yaşanıb. Həmin vaxt 4 turda 2 heç-heçə etmək mümkün olub. Mütləq antirekord 2020/21 mövsümündə yaşanıb. İlk 4 turda məğlubiyyətləri sıralayan “Qarabağ” dörd ildən sonra antirekordun astanasındadır. Həmin nəticənin təkrarlanmaması, hətta top fərqinə görə ən uğursuz nəticənin yaşanmaması üçün Qurbanovun komandası Norveçdə xal qazanmalıdır. İlk üç turda “Tottenhem” və “Ayaks”dan üç cavabsız top buraxan, “Malmö”yə 1:2 hesabı ilə uduzan təmsilçimiz “Bodo Qlimt”ə məğlub olmamalıdır. 3-cü dəfə qələbəsizlik seriyası yaşanmaması üçün isə Norveç klubunu dayandırmaq zəruridir. Bodo şəhərinin təmsilçisi yeni formatda keçirilən turnirin Liqa mərhələsində uduzmayıb.

Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

2014/15

AL

1

1

2

2-4

4

2015/16

AL

1

1

2

3-5

4

2016/17

AL

2

1

1

6-7

7

2017/18

ÇL

0

2

2

2-9

2

2018/19

AL

1

0

3

1-6

3

2019/20

AL

1

1

2

7-8

4

2020/21

AL

0

0

4

3-9

0

2021/22

KL

3

1

0

8-3

10

2022/23

AL

2

1

1

7-2

7

2023/24

AL

2

0

2

3-6

6

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri