“Qarabağ”dan Qurban Qurbanovun məmnun qalmadığı legionerə vida daha yaxşısı lazımdı!
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Qarabağ”ın mövsümlərarası fasilədə heyətində dəyişikliklər edəcəyindən xəbərdarsız.
“Football-plus.az”a daxil olan məlumata görə, yayda komandanı tərk edəcək futbolçulardan birinin adına aydınlıq gəlib. Bu, Patrik Andradedi. Klub onunla mövsümün sonunda müddəti başa çatacaq müqaviləni yeniləməyəcək.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov onun göstərdiyi xidmətdən məmnun deyil. Odu ki, mütəxəssis orta sahəni daha bacarıqlı futbolçuyla gücləndirmək istəyir. Bu barədə oyunçunun özünə məlumat verilib və sərfəli təklifləri dəyərləndirməsi yolunda hansısa maneənin qalmadığı bildirilib.
Xatırladaq ki, kabo-verdeli yarımmüdafiəçi “Qarabağ”ın heyətində bütün turnirlər üzrə 36 oyunda meydana çıxıb və 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2023-cü ilin yayında Ağdam təmsilçisiylə “2+1” illik müqaviləyə qol çəkmişdi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 May 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















