“Qarabağ”dan “transfer bombası” Kadi qayıtdı, Romao getdi
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ” bu qış ilk transferi həyata keçirib.
QOL.az-ın xəbərinə görə, Ağdam təmsilçisi “Ferensvaroş”da (Macarıstan) oynayan sabiq futbolçusu Kadi Borgesi heyətinə qatıb. Braziliyalı futbolçu artıq Bakıdadır.
Onunla 4 illik müqavilə imzalanacağı gözlənilir.
“Qarabağ” Kadinin əvəzində “Ferensvaroş”a futbolçusu Julio Romanonu göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq "Qarabağ"ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.
Xatırladaq ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar”a, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.
O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.
Əlavə edək ki, Kadinin “Qarabağ”a qayıdacağına dair ilk xəbəri sports.az saytı yayıb.
Baxış sayı:78
Bu xəbər 04 Fevral 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















