Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Yeni məzunların işə qəbul prosesi niyə çətin olur?

Yeni məzunların işə qəbul prosesi niyə çətin olur?

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ali təhsil almaq və universiteti bitirmək gənclərin əmək bazarına daxil olması üçün vacib addımlardan biri olsa da, bu, hər zaman iş tapmağa zəmanət vermir. Bir çox işəgötürən vakansiyalar üzrə namizədlərdən iş təcrübəsi tələb edir ki, bu da əmək fəaliyyətinə yeni başlayan məzunlar üçün çətinlik yaradır. Təcrübəsi olmayan gənclər işə qəbul olunmaqda çətinlik çəkərkən, təcrübəni harada və necə qazanmalı olduqları sualı da açıq qalır. Bəs yeni məzunlar ilk işlərini tapmaq üçün hansı addımları atmalı və işəgötürənlərin tələblərinə necə uyğunlaşmalıdırlar?

İnsan Resursları üzrə mütəxəssis Günay Əskərova Banco.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ yeni məzunların işə qəbulunun çətin olması deyil, onların əmək bazarının tələblərinə uyğunlaşma prosesidir:

"Universitet gənclərə nəzəri biliklər verir, amma iş həyatı bu bilikləri praktikada tətbiq etməyi, komanda ilə işləməyi, məsuliyyət götürməyi və real iş situasiyalarında düzgün qərarlar verməyi tələb edir. İşəgötürənlər də namizəd seçərkən yalnız diplomuna deyil, onun bacarıqlarına, öyrənməyə açıqlığına və potensialına diqqət yetirirlər".

"Bəs iş elanlarında niyə tez-tez təcrübə tələb olunur? Çünki şirkətlər, xüsusilə də müəyyən vəzifələr üzrə, işə daha tez uyğunlaşa bilən əməkdaş axtarırlar. Lakin hesab edirəm ki, burada işəgötürənlərin də üzərinə məsuliyyət düşür. Əgər hər kəs namizəddən təcrübə tələb edirsə, bəs həmin təcrübəni qazanmaq üçün gənclərə kim imkan yaradacaq?

Mənim yeni məzunlara əsas tövsiyəm budur: Universiteti bitirməyi karyeranın başlanğıcı hesab edin, son nöqtəsi yox. Təhsil aldığınız müddətdə təcrübə proqramlarında, könüllü layihələrdə, təlimlərdə və real iş mühitinə yaxın fəaliyyətlərdə iştirak edin. İxtisasınız üzrə praktiki bacarıqlarınızı inkişaf etdirin, CV-nizi düzgün hazırlayın və müsahibələrə ciddi hazırlaşın.

İş təcrübəniz yoxdursa, bunu yalnız çatışmazlıq kimi görməyin. Universitet layihələrinizi, könüllü fəaliyyətinizi, bildiyiniz proqramları, dil bacarıqlarınızı və əldə etdiyiniz nəticələri göstərin. Çünki təcrübə yalnız rəsmi iş yerində qazanılmır.

Unutmayaq ki, hər bir təcrübəli mütəxəssis bir zamanlar təcrübəsiz olub. Gənclərə yalnız nəyi bacarmadıqlarına görə deyil, nələri öyrənə və nələrə nail ola biləcəklərinə görə də şans vermək lazımdır.  İşəgötürənlər üçün də vacib məqamlardan biri gənclərin potensialını düzgün qiymətləndirməkdir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, bəzən namizədin geniş iş təcrübəsi olmaya bilər, lakin onun öyrənməyə həvəsi, məsuliyyət hissi, təşəbbüskarlığı və inkişaf potensialı yüksək ola bilər: "Düşünürəm ki, düzgün seçim və inkişaf imkanları yaradıldıqda, bu gənclər gələcəkdə şirkətlər üçün dəyərli kadrlara çevrilə bilərlər. İşəgötürənin tələblərindən asılı olaraq işə qəbul prosesində bəzən namizədin təcrübəsinə o qədər fokuslanırıq ki, onun potensialını, öyrənmək istəyini və inkişaf etmək bacarığını ikinci planda qoyuruq. Halbuki, hər birimiz bilirik ki, heç kim iş həyatına tam hazır mütəxəssis kimi başlamır. Bəzi bacarıqlar məhz iş prosesində, təcrübə qazandıqca formalaşır. Ona görə də düşünürəm ki, namizədə yalnız bu gün nələri bacardığına görə deyil, sabah nələri bacara biləcəyinə görə də şans vermək lazımdır. Bəzən düzgün insana verilən bir fürsət həm həmin insanın karyerasında dönüş nöqtəsi olur, həm də şirkət gələcəkdə özünün dəyərli əməkdaşlarından birini qazanır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri