Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Mənzil alarkən dəyər itkisi və satış problemi yaşamamaq üçün nələrə diqqət etməli? EKSPERT

Mənzil alarkən dəyər itkisi və satış problemi yaşamamaq üçün nələrə diqqət etməli? EKSPERT

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Əmlak alarkən həm investisiya məqsədi, həm də istifadə təyinatı nəzərə alınmalıdır. Mənzil yaşayış üçün, kommersiya obyekti isə sahibkarlıq fəaliyyəti və ya icarə məqsədilə alına bilər. Hər birinin özünəməxsus tələbləri var. Buna görə də ilkin olaraq bazar araşdırması aparılmalı, ərazinin inkişaf perspektivləri və alıcının büdcəsi nəzərə alınmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, mənzil yaşayış üçün alınırsa, gələcək planları da əvvəlcədən düşünmək lazımdır. Məsələn, yeni ailə quran şəxslər üçün gələcəkdə uşaqların təhsil alacağı bağça və məktəblərin yaxınlığı, valideynlərin yaşayış yeri, işə gedib-gəlmək imkanları, nəqliyyat əlçatanlığı və ərazinin inkişaf planı mühüm amillərdir. Əmlak seçərkən təkcə bugünkü ehtiyaclar deyil, gələcəkdə yarana biləcək tələblər də nəzərə alınmalıdır:

"İkinci mənzil investisiya məqsədilə alınırsa, əmlakın yerləşdiyi bina və ərazinin xüsusiyyətləri diqqətlə araşdırılmalıdır. Köhnə yaşayış fonduna aid çoxmənzilli binalarda binanın yaşı, texniki vəziyyəti və istismar tarixi öyrənilməlidir. Qəzalı və ya qismən qəzalı binalardan mənzil almaq risklidir. Bununla yanaşı, inkişaf etmiş infrastruktura və əsas yollara yaxın ərazilərdə yerləşən bəzi köhnə binaların gələcəkdə sökülməsi ehtimalı ola bilər. Belə hallarda kompensasiya əldə etmək imkanı yarana bilər, lakin bu, zəmanətli deyil. Ucqar ərazilərdə isə yenidənqurma prosesinin daha uzun müddət tələb etməsi mümkündür.

Köhnə yaşayış fonduna aid mənzil alarkən mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması xüsusi əhəmiyyət daşıyır. Mənzilin texniki vəziyyəti də yoxlanılmalıdır. Bəzən kosmetik təmir ciddi texniki qüsurları gizlədə bilər.

Fərdi ev alarkən isə sənədləşmə məsələsinə daha həssas yanaşmaq lazımdır. Sənədsiz evlərin alınmasını tövsiyə etmirəm. Alqı-satqı qanuni qaydada aparılmalı, mülkiyyət hüququnu təsdiq edən sənədlər və torpaq sahəsinə aid sənədlər yoxlanılmalıdır. Həmçinin evin tikinti normalarına uyğunluğu, konstruktiv vəziyyəti və istismar müddəti nəzərə alınmalıdır. Uzun müddət əvvəl tikilmiş evlərdə aşınma və texniki problemlər daha çox ola bilər.

Fərdi ev seçərkən qonşuluq mühiti, yol və nəqliyyat infrastrukturu, ticarət obyektlərinin, məktəblərin və digər zəruri xidmətlərin yaxınlığı da araşdırılmalıdır. Xüsusilə ucqar ərazilərdə yerləşən evlər üçün nəqliyyat əlçatanlığı vacibdir. Həyət sahəsi olan evlərdə isə ərazinin gələcəkdə hansı məqsədlə istifadə ediləcəyi əvvəlcədən planlaşdırılmalıdır. Məsələn, həyətdə qaraj, yardımçı tikili və ya hovuz inşa etmək, ağac əkmək və yaxud ərazidən əkin sahəsi kimi istifadə etmək nəzərdə tutula bilər. Bu zaman torpaq sahəsinin ölçüsü, təyinatı və tikinti imkanları yoxlanılmalıdır.

Kommersiya obyekti alarkən isə əsas diqqət ticarət infrastrukturuna, yerləşməyə və obyektin gəlir gətirmək potensialına yönəldilməlidir. Obyektin vitrinlərinin geniş olması, insanların hərəkət intensivliyi və müxtəlif məqsədlərlə istifadəyə uyğunluğu onun kommersiya baxımından cəlbediciliyini artıra bilər. Həmçinin obyektin ayrı-ayrı hissələrə bölünərək müxtəlif şəxslərə icarəyə verilməsi imkanları da nəzərə alınmalıdır.

Qeyri-yaşayış sahələrinin yaşayış məqsədilə alınmasını tövsiyə etmirəm. Belə seçim etməzdən əvvəl obyektin hüquqi statusu, təyinatı və yaşayış üçün istifadəsinin qanuniliyi mütləq araşdırılmalıdır.

Yeni tikililərdə mənzil alarkən isə binanın istismara qəbul edilib-edilmədiyi, mənzilin hüquqi statusu və mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi imkanları yoxlanılmalıdır. Əsas məsələ binanın müvafiq qaydada istismara qəbul edilməsi və mənzil üzərində mülkiyyət hüququnun qanuni şəkildə rəsmiləşdirilməsinin mümkün olmasıdır.

Ümumilikdə, əmlak alarkən tələsməmək, bazarı araşdırmaq, sənədləri yoxlamaq və əmlakın gələcək perspektivlərini qiymətləndirmək lazımdır. Düzgün seçim həm yaşayış rahatlığı, həm də investisiyanın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri