Icma.az
close
up
RU
“Qarabağ”ın 130 yaşlı rəqibi

“Qarabağ”ın 130 yaşlı rəqibi

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” olacaq.

Futbolpress.az xəbər verir ki, İrlandiya çempionu turnirin ilk təsnifat mərhələsində “Linfild”i (Şimali İrlandiya) məğlub edib. Baş məşqçi Cozef Obrayanın yetirmələri “Tolka Park”da ev qələbəsinə seviniblər – 1:0. Səfərdəki 1:1 hesablı bərabərlik isə mərhələ keçməyə kifayət edib.

Əsası 1895-ci ildə qoyulan “Şelburn” 130 illik yubileyini qeyd edir. Ölkənin paytaxtı Dublinin Dramkondra rayonunu təmsil edən klub yarandıqdan 9 il sonra İrlandiya Futbol Liqasına daxil olub. 1921-ci ildə İrlandiya Liqasının yaradıcılarından olan “Şelburn” 1925/26 mövsümündə ilk çempionluğuna sevinib. Ümumilikdə isə komandanın hesabında 14 qızıl medal var.

2024-cü il mövsümündəki çempionluqla klubun 18 illik həsrətinə son qoyulub. Bunadək son çempionluğu 2006-cı ilə təsadüf edən komanda bir neçə dəfə aşağı dəstəyə düşüb və geri qayıdıb.

“Qırmızı-ağlar” 3 dəfə İrlandiya kuboku, 1 dəfə Liqa kuboku, 7 dəfə İrlandiya Futbol Assosiasiyasının kubokunu, 1 dəfə ölkə Superkubokunu qazanıb.

Avrokuboklarda 1962/63 mövsümündə debüt edən komandanın uğurları o qədər də çox olmayıb. 2004/05 mövsümündə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksələn “Şelburn” İrlandiya futbolunda tarixi uğuru gerçəkləşdirib.

Qeyd edək ki, komandamızın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyun iyulun 23-də səfərdə baş tutacaq. Matç yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45-də) başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması iyulun 30-da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Avqust 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri