Icma.az
close
up
RU
Qarabağın 5 oyunluq cəzalandırılan baş məşqçisi: Dözə bilməyərək dedim ki, korsan?!

Qarabağın 5 oyunluq cəzalandırılan baş məşqçisi: Dözə bilməyərək dedim ki, korsan?!

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi".

Sportal.az xəbər verir ki, bunu AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.

Mütəxəssis U-17 Liqasında keçirilən "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və AFFA-nı təhqir etməsi məsələsinə aydınlıq gətirib: "Rəqibin futbolçusuna bir neçə epizodda qırmızı vərəqə göstərmədi və ciddi qayda pozuntusu olduğu halda "Sabah"ın qapısına penalti vermədi. Bir müddət sonra dözə bilməyərək dedim ki, "korsan?!" İnanın, meydanda çox biabırçı vəziyyət yaranmışdı. İdarəçilik çox aşağı səviyyədə idi".

O, uduzduqları (1:2) qarşılaşma zamanı AFFA barədə heç bir söz demədiyini vurğulayıb: "Mənim etirazım və narazılığım hakimlə bağlı olub, sözümü də demişəm. Orada AFFA-nın adı çəkilməyib. Yəqin hakimlər öz adlarını təmizə çıxartmaq üçün AFFA-nın adından istifadə ediblər".

R.Sadiqov bəzən hakimlərin kobud rəftarları ilə qarşılaşdıqlarını söyləyib: "Aşağı yaş qruplarının oyunlarına təyinat alan hakimlərin bir qismi insanla çox kobud rəftar edirlər. Təbii ki, bu mövzunu hamısına şamil etməyim doğru olmaz. Aralarında çox yaxşı idarəçilik qabiliyyəti olan və ünsiyyət yaratmağı bacaranları var. Hansı ki, məğlub olduğumuz qarşılaşmalardan sonra yaxınlaşıb, onlarla çox mədəni formada sağollaşmışıq. Lakin bəziləri var ki, məşqçilərlə xoş olmayan tərzdə davranırlar. Xahiş edərdim ki, onlarla bağlı ölçü götürülsün. Meydanda mübarizə aparan yeniyetmə futbolçuların üstünə qışqırmaq olmaz. Təəssüf ki, biz belə halların şahidi oluruq. Bu məsələləri nəzarətə götürmələrini istəyərdim".

Qeyd edək ki, AFFA İntizam Komitəsi qarşılaşma zamanı hakimləri və federasiyanı təhqir etməsini əsas gətirərək, Rəşad Sadiqovu 5 oyunluq cəzalandırıb.
(report.az)

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Dekabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri