Icma.az
close
up
RU
Qarabağın ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi ilə bağlı layihənin icrası davam edir

Qarabağın ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi ilə bağlı layihənin icrası davam edir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihənin icrası davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bərəkət” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin rəhbəri, professor Niyazi Həsənov Agentlik tərəfindən təsdiqlənmiş icra qrafikinə uyğun olaraq hazırlıq işlərinin və görüşlərin keçirilməsi məqsədilə bu ilin 12 may - 1 iyun tarixləri arasında Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa rayonlarında səfərdə olub.

Newscenter.az xəbər verir ki, səfər zamanı layihə rəhbəri sözügedən bölgələrdə tikilməkdə olan yaşayış məntəqələrinə baş çəkib, Günəş Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb, həmçinin artıq məskunlaşma olmuş yaşayış məntəqələrində sakinlərlə görüşlər keçirib. Eləcə də hazırda fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətlərinin, o cümlədən Şuşa Şəhər Qoruq İdarəsinin əməkdaşları ilə müzakirələr təşkil edilib.

Niyazi Həsənov Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin idarəetməsində olan və tikintisi davam edən Cəbrayıl rayonunun Şükürbəyli, Zəngilan rayonunun Məmmədbəyli və Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq kəndlərində olub, evlərdə, ictimai və inzibati binalarda layihəyə uyğun quraşdırılmış və quraşdırılması nəzərdə tutulan Günəş panellərinin texniki parametrlərinə dair ətraflı məlumat əldə edib.

Məskunlaşması həyata keçirilən və ya davam etdirilən Zəngilan rayonunun Ağalı kəndi, Laçın rayonunun Zabux, Sus və Bəylik kəndlərində, Şuşa şəhərində alternativ enerji avadanlıqları ilə təchiz olunmuş evlərə də baxış keçirilib, sakinlərlə müzakirələr aparılıb, alternativ enerji avadanlığının ailə büdcəsinə qatqısı barədə sakinlərin fikirləri öyrənilib.

Səfər zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Şuşa Şəhər Qoruq İdarəsinin əməkdaşlarına İctimai Birlik barədə, layihənin məqsədi, icra strukturu və səmərəliliyi haqda geniş məlumat verilib. Eləcə də müvafiq qurumların əməkdaşlarından Günəş panellərinin texniki parametrlərinə uyğun mümkün və lazımi məlumatlar əldə edilib, aparılan sistemli və dayanıqlı yenidənqurma işlərinin növbəti mərhələləri barədə müzakirələr aparılıb.

Layihə çərçivəsində Yaşıl Enerji Konsepsiyasına uyğun olaraq Cəbrayıl rayonunda tikintisi nəzərdə tutulan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasına da baxış keçirilib, layihə barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Layihənin icra planına uyğun olaraq növbəti aylarda Energetika Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin iştirakı ilə Laçın və Şuşa rayonlarında məskunlaşmış əhali üçün təlimlər təşkil ediləcək.



Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see238

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see171

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see145

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see138

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see133

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see133

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see131

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see124

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see120

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see119

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see119

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see115

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see115

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri